Accessibility links

“Kolumb Günü” qeyd edilir


Kolumb Günü
Kolumb Günü

Bu gün amerikalılar "Kolumb Günü"nü qeyd edir.

1492-ci ildə Xristofor Kolumb İspaniyadan kiçik gəmi flotu ilə Asiyanın qərb keçidini tapmaq məqsədi ilə yola düşüb. Bu keçidi tapmamağına baxmayaraq, o hal-hazırda Amerika qitəsi kimi tanınan torpağı kəşf edib.

Kolumbun Qərb yarımkürəsinə səfərlərinin təsirlərindən biri qloballaşmanın erkən bir nümunəsi kimi tanınan "Kolumbiya mübadiləsi" prosesi idi. "Kolumbiya mübadiləsi" hər iki qitəyə yeni mədəniyyət gətirdi. Kolumbun Karib bölgəsinə və Avropaya səyahətləri bu günə qədər davam edən mədəniyyət, mallar və qidaların mühüm qitələrarası mübadilə hərəkətidir.

Məsələn, Avropadan gətirilən atlar bir sıra yerli Amerika tayfalarına köçəri yaşayış üslubundan ovçuluq həyat tərzinə keçməyə imkan yaradıb. Amerika qitəsinə xas olan kartof, pomidor və qarğıdalı kimi məhsullar avropalılara öz əhalisini saxlamağa kömək edən əsas qida məhsullarına çevrilib. Avropadan gətirilən buğda tez bir zamanda Amerikada insanlar üçün əsas ərzaq mənbəyinə çevrilib. Afrikanın qəhvəsi və Asiyanın şəkər çuğunduru bir çox Latın Amerikası ölkələri üçün əsas qida bitkilərinə çevrilib.

Əlbəttə, xüsusilə Şimali, Mərkəzi və Cənubi Amerika yerli əhalisi arasında ölümcül xəstəliklərin yayılması və qul ticarətinin inkişafı daxil olmaqla bu qarşılıqlı münasibətlərin mənfi təsirləri də var idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG