Accessibility links

Kolumbiya ilə FARC arasındakı döyüşlərə son qoyulub


Bazar ertəsi Birləşmiş Millətlər təşkilatı Kolumbiya ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) üsyançıları arasında gedən müharibənin rəsmən sonlandığını deyib. Buna səbəb üsyançıların silahsızlaşdırmanı başa çatdırmalarıdır.

BMT müşahidəçiləri deyir ki, onlar FARC-ın adına qeydiyyatda olan bütün silahları toplayıb və yalnız kəndlərdəki tərxis düşərgələrində təhlükəsizliyin təmin olunması üçün istifadə olunan bir neçə silah qalıb.

Çərşənbə axşamı Kolumbiya prezidenti Huan Manuel Santos və FARC komandiri Timoçenko bu düşərgələrin birində döyüşlərin başa çatmasını qeyd edəcək.

Kolumbiya və FARC üsyançıları ötən il sülh razılığı imzalayaraq, 50 idlir bir neçə Kolumbiya hökümətinə qarşı aparılan və 200 mindən çox ölümü ilə nəticələnən üsyanlara son qoyub.

Sazişin bir hissəsi olaraq, keçmiş üsyançıların çoxu mülki həyata keçid edərkən həbs olunmayacaq, FARC isə siyasi partiyaya çevriləcək.

Hökümət həmçinin ölkənin ikinci üsyançı qrupu, Milli Azadlıq Ordusu ilə də sülh danışıqlarına başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG