Accessibility links

Kolumbiyada hücum törədənin kimliyi müəyyən edilib


Kolumbiya prokurorluğu yük maşınını Polis Akademiyasının girişinddə partladan və azı 21 nəfəri öldürən, onlarla insanı yaralayan intiharçının kimliyinı müəyyən edib.

Cümə axşamı Boqota şəhəri yaxınlığında həyata keçirilən hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Kolumbiya prezidenti Ayvan Duk Qərbi Kolumbiyada keçiriləcək yığıncağı təxirə salaraq hadisənin baş verdiyi yerə gedib.

“Bu yalnız yeniyetmələrə qarşı deyil, bizim polisə qarşı deyil, bu hücum bizim cəmiyyətə qarşıdır və bu terror hücumu cəzasız qalmayacaq” - deyə, prezident Duk bildirib.

Hökumətin bütün girovları azad etmə tələbindən sonra üsyançı Milli Qurtuluş Ordusu sülh danışıqları dalana dirəndiyi üçün son zamanlar qrup polisə qarşı hücumları artırıb.

Polis Akademiyasına hücumun arxasında Milli Qurtuluş Ordusunun durub-durnadığı məlum deyil.

XS
SM
MD
LG