Accessibility links

Kolumbiyada 20 qram marixuanın cəriməsi 70 dollar olacaq


Kolumbiya höküməti ölkədə xüsusilə də azyaşlı uşaqlar arasında kiçik miqdarda narkotik maddələrin satışının qarşısını almaq üçün yeni təşəbbüs irəli sürüb.

Prezident İvan Duke ictimai yerlərdə aşkar edilən kiçik miqdarda narkotik maddələrin polis tərəfindən götürülərək məhv edilməsinə icazə verən fərman imzalayıb.

''Bu fərman istehlakçının həbsxana göndərilməsini özündə ehtiva etmir. Bu sadəcə narkotik maddənin şəxslərdən götürülərək məhv edilməsinə icazə verir. Niyə? Çünki, ictimai yerlərdə narkotik vasitələrdən istifadə etmək qadağandır və bu xüsusilə də uşaqlara böyük zərər vurur'' - deyə, prezident İvan Duke bildirib.

Minimum narkotik maddə ilə tutulan hər kəs 70 dollar məbləğində cərimə ödəməli olacaq.

Kolumbiya məhkəmələri 20 qram marixuana, bir qram kokain və 2 qram metaqalon kimi narkotik maddələri minimal miqdar kimi dəyərləndirir.

XS
SM
MD
LG