Accessibility links

Kolumbiyada prezident seçkilərində gərgin mübarizə gedir


Kolumbiyada prezident seçkilərində gərgin mübarizə gedir
Kolumbiyada prezident seçkilərində gərgin mübarizə gedir

Sabiq müdafiə naziri Huan Santos prezident Alvaro Uribenin varisi kimi görünsə də, keçmiş Boqota meri Mokus tərəfindən ciddi sınaqlarla üzləşir

Kolumbiyada iki prezidentlik dönəmi hakimiyyətdə olmuş dövlət başçısı Alvaro Uribenin xələfini müəyyən etmək üçün prezident seçkiləri keçirilir. Prezidentliyə altı namizəddən ikisi daha çox dəstəyə malikdir. Belə ki, sabir müdafiə naziri Huan Manuel Santos və Boqota şəhərinin keçmiş meri Antanas Mokus arasında gərgin mübarizə gedir. Santos cənab Uribenin varisi kimi görünsə də, Mokus tərəfindən ciddi rəqabətlə üzləşir. Riyaziyyatçı və filosof Mokus internətdə “Təmiz siyasət” adı altında geniş kampaniya apardıqdan sonra populyarlıq qazanıb. İqtisadçı Santos Kolumbiyanın ən qüdrətli ailəsinin üzvüdür. Cənab Uribenin müdafiə naziri kimi o, solçu FARC yaraqlılarına qarşı hərbi əməliyyatlara rəhbərlik etmiş və yaraqlıların dağlara və cəngəlliklərə qaçmasına müvəffəq olmuşdu.

XS
SM
MD
LG