Accessibility links

Amerikalılar Kolumb Gününü Yerli Xalqlar Günü kimi də qeyd edir


Amerika Birləşmiş Ştatları bazar ertəsi Kolumb Günü bayramını indi Yerli Xalqlar Günü kimi də qeyd edir.

Kolumb Günü 1971-ci ildən bəri Xristofor Kolumbun 1492-ci ildə Amerikaya gəlişinin qeyd edildiyi federal bayramdır.

Son illər Avropa xalqlarının qərb yarımkürəsində yaşayan yerli insanlara göstərdiyi zorakılıqların, gətirdiyi xəstəliklərin və digər iztirabların tanınması Kolumb Gününün ləğv edilməsinə və yerli əhalinin yeni anımları da daxil olmaqla, yenidən qiymətləndirilməsinə səbəb oldu.

ABŞ Prezidenti Co Bayden keçən həftə ilk dəfə olaraq Yerli Xalqlar Gününün bazar ertəsi keçiriləcəyini elan edib.

"Bu gün bir çox avropalı araşdırmaçının qəbilələr və yerli icmalara qarşı səhvlərin və vəhşiliklərin ağrılı tarixini də etiraf edirik. Biz keçmişimizin bu utandırıcı epizodlarını basdırmaq istəməyən bir millət olaraq, onlarla üzləşir, onları ifşa edir və onların öhdəsindən gəlmək üçün əlimizdən gələni edirik" - deyə, Bayden yazıb.

Şimal-qərbdəki Oreqon ştatı bu ilin əvvəlində qanunverici orqanının qanun layihəsini təsdiqləməsindən sonra bazar ertəsi ilk dəfə Yerli Xalqlar Gününü qeyd edir. Oreqon Cənubi Dakota ştatı ilə birlikdə ABŞ-ın Yerli Xalqlar Gününü qeyd edən digər 12 ştatına qoşulub.

Nyu-York və Çikaqoda keçən il koronavirus pandemiyası səbəbi ilə ləğv edilən Kolumb Günü paradları bu bazar günü bərpa edilib.

Bazar ertəsi Boston şəhəri dünyanın ən güclü idmançıları ilə birlikdə Boston Marafonuna ev sahibliyi edəcək. Tədbir heç bir bayramla əlaqədar deyil. Lakin ənənəvi olaraq aprel ayında keçirilən bu mərasimin tarixi pandemiya səbəbindən bu il dəyişdirilib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG