Accessibility links

Komediya ustası Ukrayna seçkilərində ən yüksək reytinqə malikdir, Prezident Poroşenko üçüncü yerdədir


Ukrayna Mərkəzi Seçki Komissiyası president seçkilərinə namizədlərin müraciətlərinin qəbulunu sona çatdırıb.

Ukrayna MSK-nın saytında namizədliklərini irəıli sürmüş 28 namizədi adı var idi. Lakin bu tam siyahı deyil, qeydiyyatın sonuncu günündə əlavə 17 nəfər ərizələrini təqdim edib.

Onların arasında Ukraynanın hazırkı prezidenti Petro Poroşenko, jurnalist Dmitriy Qnap və terrorçuluqda ittiham olunan Nadejda Savçenko (onun yerinə sənədləri bacısı gətirib) var.

Bu ərəfədə “Sosial monitorinq”, “Ukrayna sosial araşdırmalar institute”, “İnfo Sapiens” və “Reyting” sosial qrup tərəfindən keçirilən birgə araşdırmaların məlumatları dərc olunub.

"Nastoyaşeye Vremya" müxbiri president namizədlərin reytinqi və vədlərini araşdırıb.

Vladimir Zelenskiy – 21,9%

Dörd sosial qrupun sorğusunun nəticələrinə görə, komediya ustası Vladimir Zelenskiy seçkiqabağı yarışlarda birinci yerdədir. O öz təbliğat kampaniyasını əsasən internetdə keçirir, özünün idmanana olan marağını və evdarlığını göstərir, onun şüarı “Xalqa yaxın olmaq”dır.

O öz Youtube kanalında və İnstagram səhifəsində o əsasən yumoristik qısa videolar paylaşır. Öz potensial seçiciləri ilə virtual ünsiyyətdə olur, məsələn, reklam lövhələrinin dizaynını seçməyi xahiş edir.

“Sxema” verlişinin və “Nastoyaşeye vremya” telekanalının jurnalistləri onunla ciddi məsələlər barədə danışıb. Bu cür Zelenskinin Rusiyada biznesinin və onun şirkəti Rusiya Mədəniyyət nazirliyindən çoxmilyonluq qrant alması məlum olub. Siyastçi əvvəl bunu inar etsə də, sonra təsdiqləyib.

Yuliya Timoşenko – 19,2%

Yuliya Timoşenko ikinci yerdədir. O bugünədək ən böyük partiya qurultayı keçirib. Bu qurultayda onun namizədliyi irəli sürülüb. Bu artıq onun ökə başçısı olmaq üçün üçüncü cəhdidir.

Timoşenko Konstitusiyada dəyişikliklər üçün referendum keçirməyə söz verir. Bu dəyişikliklərə prezidentdən, diplomatlardan və hakimlərdən toxunulmazlığın götürülməsi, maaş və pensiyaları üç dəfə artırılması, kommunal xidmətlərin tariflərini isə iki dəfə azaltmaq daxildir.

Petro Poroşenko – 14,8%

Hazırki president Petro Poroşenko üçüncü pillədədir. O tarifləri azaltmağa söz vermir, əksinə, – xarici tərəfdaşların tələbləri olan qazın qiymətlərinin artırılmasını və Avropa İttifaqı istədiyi zaman başqa çıxış yolunun olmadığını təkid edir.

Ukraynanın Avropa İttifaqına keçidi seçki öncəsi kampaniyanın əsasıdır. Poroşenko 2024-cü ildə Ukraynanın Aİ-na keçidi üçün müraciəti verməyə söz verib. Donbassdakı döyüşlər və krim yarımadasnın ilhaqı məsələsinə gəlincə Poroşenko Rusiya ilə soyuq sülhə söz verir. Namizədin digər üstünlüyü Ukraynanın NATO-dakı üzvlüyü və hərbi qüvvələrin gücləndirilməsidir.

Yuriy Boyko – 10%

Müxalif namizəd, “Regionların partiyası”nın sabiq üzvü və ölkədən qaçmış president Viktor Yanukoviçin silahdaşı olan Yuriy Boyko reytinq cədvəlində dördüncü yerdədir. Onun seçki qabağı şüarı – Ukraynanın şimalında sülh, ilhaq olunmuş Keımın qaytarılması və Donbass üçün xüsusi statusdur.

Anatoliy Qritsenko – 8,5%

Namizədlərin ilk beşliyində sonuncu yerdə Yuliya Timoşenko dövründə Ukraynanın müdafiə naziri olmuş və sabiq deputat Anatoliy Qritsenkodur. Onun əsas prioritetləri: korrupsiyasız və oliqarxsız ölkə, müharibənin beş ilə danışıqlar yolu ilə həll etmək, Ukraynada orta əmək haqqını 700 avroyadək artırmaq.

60-a yaxın namizədin ərizələri hələ də Ukrayna Mərkəzi Seçki Komissiyası tərəfindən müzakirədədir. Ukrayna MSK fevralın 8-I tam siyahını təqdim etməlidir.

XS
SM
MD
LG