ABŞ prezidenti Federal Təhqiqat Bürosunun işdən kənarlaşdırdığı direktoru Ceyms Kominin həbs edilməli olduğunu deyib. Belə ki, Donald Tramp Kominin yazdığı kitabda məxfi məlumatları işıqlandırdığını bildirib.
Prezidentin tənqidləri Kominin "A Higher Loyalty" (Sədaqətin ən yüksək səviyyəsi) kitabının nəşrindən əvvələ təsadüf edir. Kitab çərşənbə axşamı işıq üzü görəcək. Yalnız satışa şıxmazdan əvvəl alınan kitabın artıq best-seller (ən çox satılan) kitablar siyahısına düşəcəyi məlumdur.
Kitabda Komi Trampı “mafiya başçısı“ adlandıraraq, onun prezidentliyini “meşə yanğını“ kimi təsvir edib.
"Pis resenziyası olan kitabda Kominin məxfi məlumatları yayması (həbslik), və ya Konqresə yalan söyləməsi (həbslik) kimi suallara cavab verilmir" - deyə prezident tvet edib.
Görünür Tramp Kominin onunla görüşləri zamanı müzakirə edilən məsələləri ictimaləşdirməsini məxfi hesab edir ki, bu da doğru deyil. Trampın Kominin Konqresə hansı yalanları deməsi də məlum deyil.
Hazırkı prezident əxlaqsızdır və özünü təsisat dəyərləri çərçivəsinə sığışdıra bilmir
ABŞ dövlət başçısı Komidən sadiqlik tələb etmədiyini bildrərək, onu heç yaxşı tanımadığını da yazıb. Prezident bildirib ki, şərhləri onun öz mənafeyinə xidmət edir və hamısı yalandır.
Komi yazır: "Hazırkı prezident əxlaqsızdır və özünü təsisat dəyərləri çərçivəsinə sığışdıra bilmir. Trampın rəhbərliyi eqoizmin diktə etdiyi əməllərə əsaslanır və yalnız öz şəxsi sədaqəti ərtafında dolanır.
Коmi prezidentin 2013-cü ildə Moskva mehmanxanasındakı yatağına fahişələrin işədiyini və Trampın ondan bunun yalan olduğunu sübuta yetirmək üçün təhqiqat aparılmasını istədiyini bildirib.
Komi kitabının irəliləməsi turuna bu axşam АВС News proqramına müsahibəsi ilə start verir.