Accessibility links

Ceyms Komi: Tramp əxlaq baxımından prezidentliyə layiq deyil


ABŞ prezidentinin Federal Təhqiqat Bürosunun işdən kənarlaşdırdığı direktoru Ceyms Komi bildirib ki, Tramp əxlaq baxımından prezidentliyə layiq deyil və onun ədaləti əngəllədiyinə dair bəzi sübutlar var.

Komi bunları ABC News-a müsahibəsi zamanı bildirib. O, öz kitabında 2016-cı il prezident seçkiləri və demokrat namizəd Hillari Klintonun şəxsi elektron poçtundan istifadəsinə dair təhqiqatlardakı rolunu təsvir edib.

Komi Konqres qarşısındakı dinləmələrin birində deyib ki, Trampın bir zamanlar milli təhlükəsizlik müşaviri olan Maykl Flinnin işinə baş qoşmamağa çağırıb. Sabiq FBİ direktoru bunu ədalətin əngəllənməsi kimi təsvir edir.

ABŞ prezidenti dünən Federal Təhqiqat Bürosunun sabiq direktoru Ceyms Kominin həbs edilməli olduğunu deyib. Belə ki, Donald Tramp Kominin yazdığı kitabda məxfi məlumatları işıqlandırdığını bildirib.

Prezidentin tənqidləri Kominin "A Higher Loyalty" (Sədaqətin ən yüksək səviyyəsi) kitabının nəşrindən əvvələ təsadüf edir. Kitab çərşənbə axşamı işıq üzü görəcək. Yalnız satışa şıxmazdan əvvəl alınan kitabın artıq best-seller (ən çox satılan) kitablar siyahısına düşəcəyi məlumdur.

Kitabda Komi Trampı “mafiya başçısı“ adlandıraraq, onun prezidentliyini “meşə yanğını“ kimi təsvir edib.

"Pis resenziyası olan kitabda Kominin məxfi məlumatları yayması (həbslik), və ya Konqresə yalan söyləməsi (həbslik) kimi suallara cavab verilmir" - deyə prezident tvet edib.

Komi kitabının irəliləməsi turuna АВС News proqramına müsahibəsi ilə start verib.

XS
SM
MD
LG