Accessibility links

Donald Tramp Rusiya ilə əlaqələrinə dair xüsusi komissiyanın təşkilinə hörmətlə yanaşdığını bildirib


Donald Tramp Rusiya ilə əlaqələrinə dair xüsusi komissiyanın təşkilinə hörmətlə yanaşdığını bildirib. Ağ Evdə təşkil edilən mətbuat konfransında ABŞ prezidenti deyib ki, biz bu və digər şeylərə görə parçalanmış bir dövlətik.

O, rusiyanın seçkilərdə rolunu bir daha inkar edib.

Tramp müxbirlərə deyib ki, insanların qərarı ilə razılaşdığını və administrasiyası ölkəni yaxşı idarə etmək üçün işinə dönməlidir.

Daha əvvəl ABŞ prezidenti onun kampaniyasının Rusiya ilə əlaqələrinə dair xüsusi komissiyanın təşkili fikrini tənqid edib. Donald Tramp bunu "Amerika tarixində siyasətçidə ifritə ovu" adlandırıb.

ABŞ dövlət başçısı Twitter hesabında prezident seçkilərində demokrat rəqibi Hillari Klinton və sabiq prezident Obama administrasiyasının qeyri-qanuni əməllərə dair təhqiqat aparılmadığından şikayətlənib.

Tramp dünən Federal Təhqiqat bürosunun sabiq direktoru Robert Mullerin komissiyaya sədr təyin edilməsinə reaksiya verib.

Komissiya Trampın qələbəsini təmin etmək üçün onun kampaniyasının Rusiya nümayəndələri ilə təmasının qanuniliyini aşkar etməlidir.

Amerika kəşfiyyatının xüsusi hesabatında Rusiya prezidenti Vladimir Putinin 2016-cı il ABŞ prezident seçkilərini pozmağa və Donald Trampın seçilməsinə kömək etmək məqsədilə ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonu presedenti olmayan bir şəkildə etibardan salmağa çalışdığı deyilir.

XS
SM
MD
LG