Accessibility links

Komitə sədri: Azərbaycanda doğulan uşaqlar arasında cins nisbəti pozulub


Gender bərabərsizliyi
Gender bərabərsizliyi

“Azərbaycan cins nisbətinə görə dünyada ikinci yerdədir. Doğulan uşaqlar arasında cins nisbəti 100 qız, 114 oğlan olmaqla bioloji norma pozulmaqdadır”.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dekabrın 27-də Milli Məclisə “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı"nı təqdim edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda yeni doğulanlar arasında cins nisbətində rəqəmlər təhlükəli xarakter almağa başlayıb.

Komitənin məlumatına əsasən, 2020-ci ildə ümumilikdə 126 571 uşaq doğulub. Onlardan 67 407 nəfəri oğlan, 59 164 nəfəri isə qızdır.

“Bu uşaqlardan 108 857 nəfəri (58 219 oğlan, 50 638 qız) rəsmi nikahlardan, 17 714 nəfəri isə (9 188 oğlan, 8 526 qız) qeyri-rəsmi nikahlardan doğulub.

Bahar Muradova həmçinin bildirib ki, Azərbaycanda kişilər arasında intihar hadisələri daha çox üstünlük təşkil edir.

XS
SM
MD
LG