Accessibility links

Kommersant dərgisinin əməkdaşları açıq məktub yazıblar


Kommersant dərgisinin əməkdaşları açıq məktub yazıblar
Kommersant dərgisinin əməkdaşları açıq məktub yazıblar

Rus dərgisinin azı 50 jurnalisti iki həmkarlarının Vladimir Putini tənqid etdiklərinə görə işdən çıxarılmasına etiraz əlaməti olaraq açıq məktuba imza atıblar.

Kommersant Nəşriyyatının redaktoru və baş meneceri Kommersant Vlast həftəlik məcmuəsinin parlament seçkiləri ilə bağlı yazıya görə işdən xaric olunublar. Məqalədə saxtakarlığın baş verdiyi yazılmış və üzərində Putinə söyüş ünvanlanmış seçki bülletenin şəkli dərc olunub.

Kommersantın sahibi Alişer Usmanov bu iki şəxsi etika qaydalarını pozduqlarına görə işdən azad etdiyini deyir. Amma Rusiyalı siyasi analist Usmanovun hərəkətlərində başqa motiv görür. Andrey Kortunovun sözlərinə görə uzun fasilədən sonra siyasət yenidən Rusiyaya qayıdıb, və bəzi biznesmenlər Putinə loyallıqlarını göstərmək üçün canfəşanlıq edirlər.

XS
SM
MD
LG