Accessibility links

Kommersiya məhkəmələri yaradılır


Azərbaycanda kommersiya məhkəmələri yaradılacaq.

Bu barədə iyunun 4-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bildirilib.

Komitənin sədri Əli Hüseynli “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsini birinci oxunuşda müzakirəyə təqdim edib.

Qanuna “Kommersiya məhkəmələri” adlı fəslin əlavə edilməsi təklif olunur. Əsas dəyişiklik Azərbaycanda kommersiya məhkəmələrinin yaradılması ilə bağlıdır.

Əlavə edilən fəslə əsasən kommersiya məhkəmələri birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxacaq.

Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, təcrübəsini öyrənir və ümumiləşdirir, ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Kommersiya məhkəməsi sədr, sədr müavini və hakimlərdən ibarət olacaq. Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG