Accessibility links

Qeyri-kommersiya mallarına gömrük sərhədlərində güzəştlər aradan qaldırılıb


Azərbaycanın gömrük xəritəsi
Azərbaycanın gömrük xəritəsi

Avqustun 8-dən etibarən Azərbaycanın gömrük sərhədindən keçirilən siqaret, qızıl və almazla bağlı zaman məhdudiyyəti tətbiq olunacaq.

Report agentliyinin xəbərinə görə, Nazirlər Kabinetinin avqustun 8-də qüvvəyə minən “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliyə əsasən, aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 3 litr alkoqollu içki, 600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısında nəzərdə tutulan qiymətli metallar və qiymətli daşlarla bağlı 1 500 ABŞ dolları ekvivalenti ləğv olunub.

Bundan əvvəl zaman məhdudiyyəti tətbiq olunmayıb.

Bundan başqa, əvvəllər gömrük sərhəddindən 10 kiloqrama qədər ərzaq məhsulları zaman məhdudiyyəti qoyulmadan keçirilirdisə, indi hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları keçirilə bilər.

Gömrük sərhədindən keçirilən mallar müəyyən edilmiş hədlərdən artıq olmamalıdır. Əks halda, ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçiriləcək.

Yeni qaydalar müxalifət də olan qüvvələrin tənqidi ilə qarşılanıb.

Milli Şuranın sədri Cəmil Həsənli yeni qaydaların monopolistlərin mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirir.

Həsənli feysbuk səhifəsində yazır:

Artıq dünəndən gömrük orqanlarında yeni qaydalar tətbiq edilib. Fiziki şəxslər adı altında qonşu xarici ölkələrdən xırda ticarət və ailəsinin ehtiyacı üçün az miqdarda ərzaq və istehlak malları gətirən geniş əhali kütləsinə bir sıra qadağalar tətbiq edildi. Xalqın, xüsusilə sərhəd bölgələrdə yaşayan insanların daha bir dolanışıq mənbəyi əllərindən alındı. Bundan sonra fiziki şəxslər bir ay ərzində yalnız bir dəfə dəyəri 1500 ABŞ dollarına bərabər olan ərzaq və istehlak malları gətirə biləcəklər. Məqsəd bazara ucuz mal gətirən çoxsaylı fiziki şəxslərin qarşısını almaq və monopolistlərə dövlət dəstəyini təmin etmək, yoxsul əhalini monopolistin asılılığına salmaqdır. Bildiyiniz kimi, bu ilin yanvarında ölkəni bürümüş etirazların təsiri altında cənab Əliyev səxavət göstərib xaricdən gömrük vergisi tətbiq edilmədən fiziki şəxslərin 10 min ABŞ dollar həcmində mal gətirilməsinə icazə verən sərəncam imzalamışdı. Amma həmin sərəncamın ömrü iki həftədən artıq olmadı. İndi isə tətbiq edilən yeni məhdudiyyətlər fiziki şəxsləri daha ağır duruma salır. Bu addım bilavasitə ölkədə bazarın bahalamasına xidmət edir. Əlbəttə, büdcəni əhalinin cibi hesabına doldurmaq üçün hökumət bütün vasitələrə əl atır. Böhran şəraitində xalqın istehlak imkanları kəskin şəkildə aşağı düşdüyü üçün şirkətlər bağlanır, idxal kəskin şəkildə aşağı düşür. Bu proses gömrük vergisinin toplanmasında ciddi problemlər yaratdığından “gömrük böhranını” aradan qaldırmaq üçün sərhədyanı ölkələrdən ucuz mal gətirən fiziki şəxslər hədəfə alındı. Yəni bu qadağalarla fiziki şəxslərə başa salındı ki, onlar xırda ticarət və ailə istehlakı üçün gərəkli olan malı qonşu ölkələrdən deyil, yüksək vəzifə sahibi olan yerli monopolistdən, həm də onların diktə etdiyi qiymətə almalıdırlar. Sonra da bunun adını qoyurlar gömrük islahatı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG