Accessibility links

Konfederasiya bayrağının götürülməsi ilə bağlı çağırışlar artır


Cənubi Karolina ştatının Çarlston şəhərindəki afro-amerikalıların kilsəsində doqquz kilsə üzvünün öldürülməsinin ardınca Konfederasiya bayrağının götürülməsi ilə bağlı çağırışlar artıb. Bu çağırışı edənlər bayrağın köləlik və irqçilik rəmzi olduğunu bildirir.

Konfederasiya bayrağının müdafiəçiləri isə bayrağın tarixi simvol olduğunu və Amerika Vətəndaş Müharibəsində həlak olan minlərlə Konfederasiya əsgərini təmsil etdiyini deyir.

Cənubi Karolinanın Çarlston şəhərində doqquz afro-amerikalını qətlə yetirən ağdərili silahlı şəxsin şəkillərində əlində Konfederasiya bayrağı tutduğu görünür.

ABŞ-ın cənub Alabama ştatı mübahisəli Konfederasiya bayrağını ştat paytaxtından qaldırıb.

Cənubi Karolinanın qanunverici orqanının yaxın zamanda məsələni debatlara çıxaracğı gözlənilir.

Hadisədən bir gün sonra ABŞ-ın Ali Məhkəməsi məsələ ilə bağlı hökm çıxarıb.

Ali Məhkəmə Konfederasiya Veteranları Oğullarının Texas şöbəsinin məhkəməyə müraciəti əsasında avtomobillərin lisenziyalarında mesajların yerləşdirilməsinin konstitusiyaya görə fərdlər deyil, hökumətin ifadə azadlığı olduğuna dair qərar çıxarıb.

Konfederasiya Veteranları Oğullarının Texas şöbəsi 120 il əvvəl Konfederasiya əsgərlərinin övladları tərəfindən təsis edilib.

Beş il əvvəl bu təşkilat avtomobillərin nömrə nişanları üzərində Konfederasiya mesajlarının yerləşdirilməsi üçün müraciət etmişdi.

Texas ştatının rədd etdiyi müracət məhkəməyə ünlanlanmışdı.

Konfederasiya bayrağı ABŞ-dan ayrılan cənub Konfederasiya ştatlarının rəmzidir. 1861-ci il vətəndaş müharibəsinə səbəb olan ştatlar quldarlığı himayə edirdi.

1862-ci ildə prezident Abraham Linkoln Azadlıq haqqında bəyannaməyə əsasən qulların azadlığını elan etmişdi. 1865-ci ildə cənub ştatların təslim olması ilə ABŞ-da köləlik rəsmən ləğv edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG