Accessibility links

ABŞ Senatı büdcəni təsdiqlədi


ABŞ Senatı gələcəkdə hökumətin bağlanması təhlükəsini aradan qaldırmaq və büdcə kəsirini yüngülləşdirmək məqsədi ilə iki illik büdcə limitini təsdiqləyib.

Doqquz Respublikaçı senator Demokrat senatorlarla birgə 64 lehinə 36 əleyhinə olmaqla sənədi qəbul ediblər.

Razılıq ABŞ Nümayəndələr Palatası tərəfindən səs çoxluğu ilə təsdiqlənib. Sənəd qanuna imzalanmaq üçün ABŞ prezidenti Barak Obamaya göndərilib.

Ağ Ev büdcəyə dair qərarı dəstəkləyir və cənab Obama sənədi imzalayacaq.

Yeni pakt növbəti on il ərzində ölkənin 17 trilyon dollarlıq borcundan 23 milyard dollar azaldacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG