Accessibility links

Konnektikut ştatında təyyarə qəzasının qəsdən törədildiyi güman edilir


Federal Təhqiqat Bürosu (FBI) ABŞ-ın Konnektikut ştatında təyyarə qəzası ilə bağlı təhqiqat aparır.

İkimühərrikli kiçik təyyarə yanaraq East Hartford şəhərinin təyyarə mühərrikləri istehsal edən "Pratt və Vitni" şirkətinin baş qərargahı yerləşən mərkəzi küçəsinə düşüb.

Təlimçi rəsmilərə pilot kabinində mübahisə düşdüyünü deyib. Onun sözlərinə görə aydın olub ki, tələbə təyyarəni qəzaya uğratmaq əzmindədir, lakin təlimçi bunun qarşısını ala bilməyib.

Əslən İordaniyadan olan tələbə Feras Freytex qəza zamanı ölüb. Dərin yanıqlar alan uçuş təlimçisi Arian Prevalla isə sağ qalıb.

Mediada dolaşan məlumatlara görə Feras Freytex aviasiya üzrə təhsilini davam etdirmək istəmirmiş, lakin ailəsi tərəfindən buna məcbur edilib.

Təlimçi rəsmilərə pilot kabinində mübahisə düşdüyünü deyib. Onun sözlərinə görə aydın olub ki, tələbə təyyarəni qəzaya uğratmaq əzmindədir, lakin təlimçi bunun qarşısını ala bilməyib.

Pipe PA-34 markalı təyyarə ikili nəzarət sisteminə malik olub. Aviasiya ekspertləri bildiri ki, instruktor tələbənin nəzarət sistemini söndürmək imkanından məhrum olub. Əgər Prevallanın dedikləri həqiqətə uyöundursa onda qəzanın qarşısını alamq üçün təlimçi "imkansız duruma" düşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG