Accessibility links

Honq Konqda etirazlar


Hong Kong protest
Hong Kong protest

Honq Konq polisi yeni təhlükəsizlik qanununa etiraz edən yüzlərlə nümayişçiyə qarşı gözyaşardıcı və bibər qazından istifadə edib. İnsanlar bu qanunun şəhərin azadlığını hədə aldığını deyir.

Nümayişçilər polisin qanunsuz adlandırdığı yürüşdə demokratiya şüarları səsləndirib.

Cümə günü Çinin milli qanunverici orqanı tərəfindən təklif edilən qanunun separatizm və təxribatçılıq, habelə xarici müdaxilə və terrorizm əleyhinə olduğu bildirilib.

Dünyanın 200-dən artıq siyasi xadimi, habelə ABŞ Konqresinin 17 üzvü birgə bəyanat imzalayaraq, Pekinin təklifinin şəhərin muxtariyyəti, qanunun aliliyi və azadlığın təməl strukturuna zidd adlanıdırb.

Dövlət katibi Mayk Pompeo cümə günü bəyanat yayaraq Çin parlamentinin ‘Pekinin Honq Konqa vəd etdiyi yüksək səviyyədə muxtariyyətə ölüm cəzası”na bəradər qanun layihəsi təqdim etməsini qınadığını bildirib.

O həmçinin deyib ki, “Honq Konqun muxtariyyəti və azadlıqlarına əngəl olacaq hər hansı qərar bizim Bir Ölkə, İki Sistem ideyası və ərazinin statusu ilə bağlı düşüncələrimizə təsir göstərəcək”.

Senatın çoxluq lideri Mitç Makkonnel də Pekinin addımlarını qınayıb və Çinin qlobal pandemiya böhranından avtoritarizmi gücləndirmək məqsədilə sui-istifadə etdiyini deyib.

“Pekin tərəfindən əlavə təqiblər Senatın ABŞ-Çin münasibətlərinə yenidən nəzər salmaq istəyini daha da gücləndirəcək,” Makkonnel bildirib.
Tramp administrasiyası Pekinin bu həftə Honq Konqla bağlı qərarı açıqlamasından öncə belə Çin siyasətini nəzərdən keçirib və Vaşinqtonun Çinə qarşı uzun-müddətli yanaşmasını dəyişmək məqsədi daşıyan strateji hesabatını açıqlayıb.

XS
SM
MD
LG