Accessibility links

Konqoda Ebolaya qarşı peyvənd kampaniyası başlanıb


Ümümdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, həkimlər Konqoda son ölümcül haldan sonra əhaliyə Ebola peyvəndlərini vurmağa başlayıblar.

Avqustun 1-də elan olunan və ölkədə baş verən onuncu Ebola epidemiyasında ən azı doqquz nəfər həyatını itirib.

Səhiyyə işçiləri bildiriblər ki, xəstəliyin artmasına rəvac verən faktorlardan biri də şimal-şərqdə olan Uqanda və Ruanda sərhədlərində silahlı qruplaşmaların olmasıdır.

Konqonun səhiyyə naziri bildirir ki, avqust ayının 1-də elan olunan və ölkədə baş verən onuncu Ebola epidemiyasında ən azı doqquz nəfər həyatını itirib. Artıq 16 Ebolaya yoluxma, 27 ehtimal edilən və 46 şübhəli hal qeydiyyata alınıb.

İlk öncə səhiyyə işçiləri, Ebola xəsətliyinə yoluxanlar və əlaqədə olan şəxslər peyvənd olunacaqlar.
İlk öncə səhiyyə işçiləri, Ebola xəsətliyinə yoluxanlar və əlaqədə olan şəxslər peyvənd olunacaqlar.

Eksperimental vaksinlər daha öncə epidemiya elan olunmamış dövrdə istifadə olunub.

İlk öncə səhiyyə işçiləri, Ebola xəstəliyinə yoluxanlar və onlarla əlaqədə olan şəxslər peyvənd olunacaqlar.

Genetik analizlər son epidemiyada aşkar olunan virusun Zair növünə aid olduğunu təsdiq edib.

XS
SM
MD
LG