Accessibility links

Konqresə ara seçkilər gərgin siyasi atmosferdə keçir


ABŞ Konqresinə ara seçkilərin son günləri gərgin siyasi şəraitdə keçir
please wait

No media source currently available

0:00 0:03:23 0:00

Birləşmiş Ştatlar Konqresinə mühüm ara seçkilərinə bir neçə gün qalır. Lakin Pitsburq şəhərində sinaqoqa hücum və tanınmış demokratlara partlayıcıların göndərilməsi ölkədə siyasi mühitin gərginləşməsinə səbəb olub. Noyabrın 6-da səsvermə zamanı yeni tərkibdə Konqres seçiciləcək və nəticələr Vaşinqtonda güc nisbətini dəyişə və prezident Trampın hakimiyyətinin növbəti iki ilinə öz təsirini göstərə bilər.

Pitsburqda sinaqoqa hücum zamanı həyatını itirmiş insanların xatirəsi anılıb.

Prezident Tramp zorakılığı qınayıb və birlik çaığırışı edib.

“Biz anti-semitizmin tarixi bəlası və şərin bütün formalarını qınayırıq və təəssüf ki, şərin çox növü var. Biz Amerika xalqı olaraq bir dayanmalıyıq.”

Sinaqoqa hücum və tanınmış demokratlar və Trampın tənqidçilərinə partlayıcı göndərmiş şəxsin həbsi ara seçkilərdə kampaniyalarda gərginliyin artmasına səbəb olub.

Brukinqs institutunun təhlilçisi Con Hudak.

“Ölkə acı çəkir. Bu, Amerikada təəssüf ki çox vaxt baş verən hallardır. Bunlar amerikalılar tərəfindən amerikalıların özünə qarşı zorakılıq aktları və aqressiya hallarıdır.”

Keçmiş vitse-prezident Co Bayden də sakitliyə çağırır.

“Mən bilirəm, bəzən qəzəb, nifrət, acığın bizə üstün gələcəyini düşünürük. Tonun yumşaldılması, hərarətin azaldılması və ölkədə dialoqun ləyaqətlə aparılması məhz ölkə liderlərinin üzərinə düşür.”

Bəzi demokratlar deyir ki, prezidentin təfriqəçi hücumları ab-havanın siyasiləşməsinə gətirib çıxarır.

Ağ Evin sözçüsü Sara Sanders:

“Medianın gördüyü birinci iş prezidenti günahlandırmaq oldu və bu ağlasığmaz hərəkətlərə görə məsuliyyəti onun üzərinə atdı. İlk reaksiyanın belə olması heyrət doğurur.”

Öz növbəsində, Tramp seçki gününə qədər mühacirət kimi mühüm məsələlərlə bağlı intensiv kampaniya aparmağa söz verib.

“Demokrat partiyası açıq şəkildə milyonlarla xaricini bizim qanunlarımızı və sərhədlərimizi pozmasına, ölkəmizi müflis etməsinə təşviq edir. Bu, baş verir.”

Təhlilçi Com Kessler deyir ki, demokratlar kampaniyada əsas diqqəti səhiyyə məsələsinə yönəldir, lakin Trampın özü də diqqət mərkəzində qalır.

“Demokratlar bunun səhiyyə və vergi qanunu ətrafında aparılmasını istəyir, amma diqqəti həm də Donald Trampın özünə yönəldir.”

Demokratların Nümayəndələr Palatasında üstünlüyə nail olacağı gözlənilir.

Lakin təhlilçi Con Fortiyer deyir ki, respublikaçıların Senatda üstünlüyü saxlaya biləcəyinə inanılır.

“Bu son zamanlarda hakim Brett Kavanonun dinləməsi kimi inkişaflar və respublikaçıların bir partiya olaraq çıxış etməsi buna kömək edir. Beləliklə də, bu, demokratlar üçün qələbə olacaq, amma respublikaçılar da Senatda yaxşı şans əldə edəcək.”

Nəticələr olduqca mühümdür. Nümayəndələr Palatasının Demokratların nəzarətinə keçməsi Trampın planlarının bloklanması və onun hakimiyyəti ilə bağlı təhqiqatlara açılması ilə prezidentin 2020-ci ildə yenidən seçilmək ümidləri qarşısında çətinlik yarada bilər.

XS
SM
MD
LG