Accessibility links

Konqresə seçilən namizədin kirayə haqqını ödəməyə nə üçün pulu çatmır?


Nyu Yorkdan Konqresə seçilən Demokrat namizəd Aleksandria Okasio-Kortez
Nyu Yorkdan Konqresə seçilən Demokrat namizəd Aleksandria Okasio-Kortez

Bir çox millennial kimi 29 yaşlı Aleksandria Okasio-Kortezin də Vaşinqtonda kirayə mənzil tutmağa imkanı çatmır.

Lakin Okasio-Kortez adi gənc deyil. Nyu yorklu Okasio-Kortez yenicə ABŞ Konqresinə seçilib və orada illik maaşı 174 min dollar olacaq. Lakin o bu maaşı yanvar ayında Vaşinqtonda vəzifəsini icra etməyə başlayandan sonra alacaq. Bu arada isə Okasio-Kortez New York Times-ə bildirib ki, o əmanət kassasında topladığı pulun növbəti üç ay ona yetəcəyinə ümid bəsləyir.

Nyu Yorkun 14-cü Konqres dairəsini təmsil edəcək Okasio-Kortezin üzləşəcəyi çətinliklər bəlkə də onun yaşıdlarının üzləşdiyi çətinliklərdən daha böyük olacaq, çünki Konqres üzvlərinin təmsil etdikləri dairə və ya ştatda da evləri olmaldıdır. Bu isə o deməkdir ki, Okasio-Kortez iki ayrı ev üçün pul ödəyəcək.

Apartment List
Apartment List

Artan ev qiymətləri isə bu vəziyyəti daha da çətinləşdirəcək. Son 18 ildə kirayə haqqları 61 faiz, gənc amerikalıların gəlirləri isə yalnız 31 faiz artıb.

Bu ilin əvvəli Apartment List adlı daşınmaz əmlak vebsaytının açıqladığı araşdırmada 1982-ci illə 2004-cü il arasında anadan olan 13 min millennialla bağlı məlumat təhlil olunub.

Araşdırmanın nəticələrinə əsasən, tələbə olmayan millennialların təxminən 8 faizi kirayə haqqlarını ödəmək üçün ailələrindən gələn maddi yardımdan asılıdır. Digər 17 faiz isə ev alarkən ilkin ödəniş üçün ailələrindən yardım gözləyir.

Kirayə pulunu ödəmək üçün valideynlərindən yardım alan gənclər arasında tibb bacıları, müəllimlər, katibələr, kassirlər yer alır. Bundan əlavə onlar arasında işsizlər də var.

Apartment List
Apartment List

Ölkənin ən böyük bazarlarında kirayə haqqları hər il artır. Son on iki ayda ABŞ-ın 100 ən böyük şəhərindən 83-də kirayə haqqları yüksəlib.

Vaşinqton şəhərində iki otaqlı (1 yataq otaqlı) mənzilin ortalama kirayə haqqı 1,343 dollardır. Ölkə paytaxtında yaşayan millennialların təxminən 7 faizi dolanışıq üçün valideynlərinin maddi yardımından asılıdır.

Okasio-Kortez Vaşinqtona köçəndə, onun Konqresdəki maaşı ölkədəki ortalama maaşdan üç qat çox olacaq və bu ona çox böyük yardım edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG