ABŞ Konqresinin sabiq üzvü Korrin Braun həyatının qalan hissəsini dəmir barmaqlılar arxasında keçirə bilər. Belə ki, o, xeyriyyə fondundan vəsait mənimsənilməsində ittiham edilir. Bu fond yoxsul tələbələrin təhsil xərclərinin ödənilməsi üçün təsis edilib.
70 yaşlı Braun ona qarşı irəli sürülən 22 maddənin 18-i ilə ittiham edilib. Buraya vergilərdən yayınma da daxildir.
Korrupsiyaya uğramış dövlət rəsmiləri hökumətimizin bütövlüyünə və ictimai etimada zərbə endirir.
Sabiq Konqres üzvü One Door for Education Foundation-in yüz minlərlə dollarlıq vəsaitini dəbdəbəli ziyafətlər, səfərlər və bahalı alış-verişə sərf edib.
Hakimin hökmünü sükutla dinləyən Braun rəfiqəsinin qoluna girərək məhkəmə zalını müxbirlərin əhatəsində tərk edib. Bir neçə tərəfdarı “Korrin, biz səni sevirik!”, “İnamını itirmə!” deyə qışqırıb.
Ötən yay ona qarşı ittihamlar irəli sürüləndən bəri Braun hökumətin ittihamlarını rədd edərək özünü “təqib” olunan afro-amerikalı siyasətçilər sırasında olduğunu vurğulayıb. O, bütün ittihamları rədd etmiş, lakin cinayət işi başlanandan az sonra seçkiləri uduzmuşdu.
"Korrupsiyaya uğramış dövlət rəsmiləri hökumətimizin bütövlüyünə və ictimai etimada zərbə endirir, və bu səbəbdən ictimai korrupsiya FBI-ın başlıca prioritetlərindən bir oalraq qalır," deyə FBI Ceksonvil Bölməsinin Xüsusi Agenti Çarlz Spenser bəyan edib.
O, 1993-cü ildən Konqresdə Florida ştatını təmsil edib. Demokrat Braun Floridadan Konqresə seçilən 3 qaradərili qadından biri olub.
Federal prokurorların bildirdiyinə görə, Braun və onun yardımçıları 2012-ci illə 2016-cı illər arasında 800 min dollar pul mənimsəyib.