Accessibility links

Konqres İran xalqına: Daxildə müqaviməti dəstəkləyirik [Video]


Konqresdə İranda demokratik keçid konfransı
please wait

No media source currently available

0:00 0:07:56 0:00

ABŞ Konqresində İranda demokratik keçid mövzusunda konfrans keçirilib. İran Milli Konqresi tərəfindən təşkil edilmiş konfransda İranda dəyişikliklərin mümkün perspektivləri və dünyəvi, plüralist və demokratik hökumətin yaradılması üçün imkanlar kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İran Milli Konqresinin builki tədbirində İran daxilində azadlıq və demokratiya uğrunda hərəkatın dinamikası və ABŞ-ın nüvə sazişindən çıxmasından sonra ölkədə demokratiya tərəfdarlarına dəstəyi də daxil olmaqla İranla bağlı siyasi kursu dündəmdə olub.

Birləşmiş Ştatlar Tehranı insan hüquqlarını ciddi şəkildə pozduğuna və Yaxın Şərq regionunda münaqişələrə cəlb olunaraq başqa ölkələrin daxili işlərinə müdaxilə etdiyinə görə dəfələrlə kəskin tənqid edib. Konqres iştirakçıları İranın İraq, Suriya, Behreyn və Yəməndə hərbi təlimlər və Əfqanıstanda Taliban qüvvələrinə dəstəyini, Yaxın Şərqdə ambisiyalarını qeyd ediblər.

Konqres seçkilərində namizəd, keçmiş hərbi dəniz qüvvələrinin elit birləşməsinin üzvü Dan Krinşau ABŞ-ın İranla bağlı siyasətinin əsas prioritetlərini göstərərək, Birləşmiş Ştatların İranın bu davranışına tolerantlıq göstərməyəcəyini bildirib.

“Bizim Körfəz regionunda yanaşmamız tamamilə aydın olmalıdır və İranın aqressiv və təxribatçı davranışına sıfır dözümlülük prinsipini əks etdirməlidir. Biz heç bir halda İranın patrul gəmiləri tərəfindən narahat edilməməliyik.”

Onun bildirdiyinə görə, Birləşmiş Ştatların İranla bağlı prioritetlərindən biri ölkənin daxilində demoktratiya tərəfdarlarına dəstək verməkdən ibarətdir.

Biz İran xalqının azadlığı və onların dünya ilə inteqrasiya arzusunun dəstəkçisi kimi hərəkət etməkdən çəkinməməliyik.
Dan Krinşau

“Biz İran daxilində müqaviməti dəstəkləməliyik. Elə dünən İranda böyük nümayişlər keçirilib və bəlkə bu gün də davam edir. İnsanlar bu tiraniya rejimindən tamamilə bezib. Müxalifətin uğuru İran xalqının əlaqə qurmaq, təşkil olunmaq və öz mesajını effektiv şəkildə çatdırmaq qabiliyyətindən asılı olacaq. Birləşmiş Ştatlar lazım olduğu halda dəstək verməyə hazır olmalıdır. Biz İran xalqının azadlığı və onların dünya ilə inteqrasiya arzusunun dəstəkçisi kimi hərəkət etməkdən çəkinməməliyik.”

Konfransa sponsorluq edən Amerika konqresmeni Daha Rohrabaker deyib ki, İran xalqı “kifayət qədər əziyyət çəkib”.

Bizim İranda bu insanlarla işləyib onlara zülm edən bu sistemdən keçidi hazırlamağımızın vaxtı gəlib çatıb.
Dana Rohrabaker

“Biz çox məmnuq olmalıyıq ki, biz indi burada olduğumuz zaman İran xalqı ölkə boyu ayağa qalxır və biz burada danışdığımız zaman müxtəlif yerlərdə küçə nümayişləri keçirilir. Bu çox vacibdir ki, onlar küçələrdə olduğu zaman bilsinlər ki, burada Birləşmiş Ştatlarda insanlar onların arxasında durub sadəcə onları alqışlamır, həm də bu iblis sistemdən keçidə hazırlaşır. İstər İranda islamçı dini fanatiklər olsun, istərsə də başqa yerdə din fanatikləri hökuməti idarə etməyə başlayanda bu, tiraniya, ədalətsizlik və uzun müddətdə korrupsiyaya gətirib çıxarır. Bu da ölkənin dürüst insanlarını əzir. Biz bunun İranda şahidi olmuşuq. Mollaların məscidə getməsinin vaxtıdır. Bizim isə İranda bu insanlarla işləyib onlara zülm edən bu sistemdən keçidi hazırlamağımızın vaxtı gəlib çatıb.”

ABŞ rəsmiləri və təhlilçilərin fikrincə, regionda etnik baxımdan ən çoxmilləti ölkələrdən biri olan İranda yaşayan milli azlıqlar İran xalqı ilə dialoqun ayrılmaz bir hissəsidir. Tədbirdə iştirak edən etnik azlıqların nümayəndələri bildirib ki, gələcək azad və demokratik İran bütün etnik azlıqların hüquqlarının təmin olduğu bir ölkə olmalıdır.

Konfransda iştirak edən Azərbaycan Milli Dirəniş Hərəkatının təmsilçisi Babək Çələbiyanlı ABŞ Konqresində İranda etnik azlıqların problemlərinin müzakirəsinin əhəmiyyətindən danışıb. Babək Çələbiyanlı Amerikanın Səsinə ABŞ-ın yeni administrasiyasının İranda etnik azlıqlar, o cümlədən Azərbaycan türklərinin öz hüquqları uğrunda mübarəzisinə önəm verdiyini bildirib.

Birləşmiş Ştatlar dəfələrlə bildirib ki, İran xalqı öz gələcək seçimini özü etməlidir, lakin rəsmi Vaşinqton İran xalqının demokratiya və azadlıq istəyinə dəstəyi davam etdirəcək.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG