Accessibility links

Konqres silahlı qüvvələrdə seksual təcavüz hallarının qarşısını almağa çalışır



Konqres orduda seksual təcavüz hallarının qarşısının alınması məqsədilə silahlı qüvvələrdə on illərdir hökm sürən ədliyyə sistemini dəyişdirmək üçün ABŞ-ın yüksək səviyyəli komandirlərinə suallar verir.

ABŞ-ın yüksək səviyyəli komandiri general Martin Dempsi və silahlı qüvvələrin bütün hissələrinin baş zabitləri Senatın Silahlı Qüvvələr komitəsində dinləmədə ifadə verir.

Komitənin sədri senator Karl Levin dinləmələrin əvvəlində deyib ki, silahlı qüvvələrdə seksual təcavüzə görə məsuliyyət məsələsi ordunun yüksək səviyyələrinə aid olsa da, problemin həllində hamı iştirak etməlidir.

Bəzi senatorlar hərbi komandirlərin seksual təcavüz halları da daxil olmaqla, ağır cinayət hallarının baş verib-vermədiyini müəyyən etmək üçün prosesdən kənarlaşdırılmasını təklif ediblər. Bunu əvəzinə qərarın polkovnik və daha artıq rütbəli zabitlərdən ibarət şura tərəfindən verilməsi təklifi irəli sürülüb.

Silahlı qüvvələr səlahiyyətlərin komandirlədən alınmasının orduda nizam-intizama nəzarət etməyi çətinləşdirə biləcəyi ilə bağlı narahatlığını ifadə edib.

Pentaqonun may ayında açıqladığı hesabatında keçən il silahlı qüvvlərdə xidmət edən 26 min nəfərin seksual təcavüzə məruz qaldığı haqda məlumat verilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG