Accessibility links

2018 Konqres seçkiləri Trampla bağlı referendum kimi qiymətləndirilir


2018 Konqres seçkiləri Trampla bağlı referendum kimi qiymətləndirilir
please wait

No media source currently available

0:00 0:02:27 0:00

ABŞ-da 2018-ci il Konqres seçkiləri zamanı Nümayəndələr Palatasındakı 435 yerin hamısının və Senatdakı 100 yerdən 34-nün taleyi seçicilərdən asılı olacaq. Ara seçkilər tarixən prezidentlərin partiyalarının məğlubiyyəti ilə bitib. Demokratların bu seçkilərə böyük ümidləri var. Onların Nümayəndələr Palatasında üstünlük əldə etməsi üçün 24, Senatda üstünlük üçünsə 2 yer qazanmalarına ehtiyacları var.

Noyabrda keçiriləcək Konqres seçkilərinin vaxtı yaxınlaşdıqca, prezident Donald Tramp dəstəkçilərinin səsvermədə fəal olmayacağından narahatdır.

“Onlar bunu belə olmalıdır kimi qəbul edirlər. Lakin onların rahat oturduqları bir zaman, digər qrup o qədər ümidsizdir ki, seçkiyə daha enerjili qatılacaq. Düşünürəm ki, bizim indiyədək əldə etdiklərimiz böyük nailiyyətlərə görə biz 2018 seçkilərində uğur qazanacayıq və bunu da deməliyəm ki, tarix bizim tərəfimizdədir.”

Tarixən prezidentin təmsil etdiyi partiya ara seçkilərdə məğlub olur. Bu il də, eyni hadisənin baş verəcəyi ehtimal edilir. Bu sözləri təhlilçi Cim Kesler deyir.

“Bilirsiniz, bizim çox qeyri-popular prezidentimiz var. Əgər demokratlar daha geniş hərəkət etsələr, çoxlu sayda yer əldə edə biləcəklər.”

Tramp ümid edir ki, güclü iqtisadiyyat və bu yaxınlarda reallaşdırılan vergi ixtisarı onun reytinqini artıracaq.

Senat çoxluğunun lideri Mitç MakKonel bunun respublikaçılara kömək edəcəyini deyir.

“Mənim mövqeyim eledir ki, biz bunu Amerika xalqına təqdim edə bilməsək, onda başqa bir şey fikirləşməliyik.”

Demokratlar isə öz növbəsində Alabama və Virciniya ştatlarında sonuncu qələbələrindən ilhamlanıblar. Həmin seçkilər kampaniyası Tramp fiquru üzərində keçirilmişdi.

Partiya fəalı və milyarder Tom Steyer Trampın impiçmentinə çağırış edən reklam kampaniyasını maliyyələşdirib.

“Mən Donald Trampın vəzifədən uzaqlaşdırılması üçün çalışıram. Bu isə 2018-ci ildə Nümayəndələr Palatasını geri qaytarmaqla başlayır.”

Respublikaçıların ümidi onadır ki, iqtisadiyyat Trampın reytinqlərinə təsir edəcək. Bu sözləri Maykl Baron deyir.

“Tramp optimist tərzdə danışmağa başlayır. Bu, iqtisadiyyatın sağlam templə inkişafı fonunda baş verir.”

Çoxlu sayda seçicilər üçün, xüsusilə də prezidentin tənqidçiləri üçün ara seçkilər Trampla bağlı referendumdur. Bunu təhlilçi Con Hudak deyir.

“2018 seçkilərində prezident həlledici meyar olacaq. Çoxları mübahisə edir ki, demokratlar 2018-ci ildə uğur qaza bilməyəcəklər, çünki onların geniş təklifləri yoxdur. Amma reallıqda, müxalifət partiyasının buna ehtiyacı yoxdur.”

Demokratların Nümayəndələr Palatasında üstünlük əldə etməsi üçün 24, Senatda üstünlük üçünsə 2 yer qazanmalarına ehtiyacları var.

XS
SM
MD
LG