Accessibility links

Konqresdə Suriya və İraq qaçqınlarının gəlişinə məhdudiyyətlər qoyan qanun layihəsinin qarşısı alınıb


Senatda ABŞ-ın təhlükəsizliyi və təqib olunan insanların tarixən ölkədə sığınacaq tapması ilə bağlı gərgin debatlardan sonra Amerikanın Suriya və İraq qaçqınlarının qəbulunu məhdudlaşdıran qanun layihəsi qəbul edilməyib.

Senatdakı democrat qanunvericilər Federal Təhqiqatlar Bürosu, Daxili Təhlükəsizlik nazirliyi və Milli Kəşfiyyat direktorunun Suriya və İraq qaçqınlarının sığınacaq almasından öncə təhlükəsizliyə hədə törətmədiyini təsdiq etməsini tələb edən qanun layihəsinin qarşısını ala bilmək üçün birlik nümayiş etdirib.

Demokrat senator Durbin bunun fiziki baxımdan mümkün olmadığını bildirib. “Bu, istər ana, istərsə də uşaq olmasından asılı olmayaraq, hər bir suriyalı qaçqının Birləşmiş Ştatlara gəlişinin qarşısının alınması səyidir”-deyə o bildirib.

Qanun layihəsinin tərəfdarları bu fikirlə razılaşmır. “Bizim istədiyimiz və bu qanun layihəsində də nəzərdə tutulan budur ki, sistemdən terrorçuların istifadə etməməsi üçün qaçqınların yoxlanışı prosesi gücləndirməkdir”- deyə respublikaçı senator Con Kornin bildirib.

Konqresin Nümayəndələr Palatası qanun layihəsini keçən il hər iki partiyanın dəstəyi ilə qəbul edib. Səsvermə İslam Dövləti qrupu ilə əlaqəsi olan şəxslərin Parisdə terror hücumları həyata keçirməsi və terrorçuların zorakılıq və qəddarlıqdan qaçan insanların arasında ölkəyə gələ biləməsi ilə bağlı narahatlıqların gücləndiyi bir vaxt keçirilmişdi.

Ağ Ev qaçqınların təxminən iki il sürən yoxlama prosesindən keçiməsinə görə qanun layihəsinə ehtiyac olmadığını bildirib. Ağ Ev eyni zamanda bildirib ki, qanun layihəsi Amerikanın xaricdə imicinin korlanmasına səbəb ola və İslam Dövləti qrupu tərəfindən təbliğat vasitəsi kimi istifadə edilə bilər.

Senatdakı demokratlar bu fikirlə razılaşdıqlarını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG