Accessibility links

ABŞ Nümayəndələr Palatası sürücüsüz avtomobillərə yaşıl işıq yandırdı [Video]


ABŞ Nümayəndələr Palatası sürücüsüz avtomobillərə yaşı işıq yandırdı
please wait

No media source currently available

0:00 0:02:04 0:00

ABŞ Nümayəndələr Palatası sürücüsüz avtomobillərə yaşı işıq yandırdı

Sürücüsüz avtomobillər müəyyən müddətdir ki, istehsal olunur və xeyli sayda biznes onlarla maraqlanır. Məsələn, sifarişləri evlərə çatdıran Domino’s Pizza... Artıq avtomobil sürə bilməyən yaşlı insanlar da bu maşınlarla maraqlanırlar.

“Mən həkimə, ya da başqa bir yerə getməli olanda, iki həftə öncədən xəbərdarlıq etməliyəm. Belə ki, bizdə kifayət edəcək sayda könüllü sürücü yoxdur.”

Yük daşıma şirkətləri də bu sahədə olan yenilikləri yaxından izləyirlər. Lakin istehlakçı qrupları avtonom maşınların təhlükəsizliyini sual edərək, onların geniş istehsalının qarşısını alıblar.

Avtomobil istehsalçıları və texnologiya şirkətləri bildirirlər ki, kameralar, lazerlər, sensorlar, radarlar və digər yüksək texnoloji cihazlar avtonom maşınları ənənəvilərdən daha təhlükəsiz edir.

Çərşənbə günü, ABŞ Nümayəndələr Palatası böyük üstünlüklə bu sənaye qarşısında əsas hüquqi səddi aradan qaldıraraq, avtonom maşınların geniş istifadəsinə yaşıl işıq yandırdılar.

Oreqon ştatından olan respublikaçı daha yüksək yol təhlükəsizliyini vurğulayıb:

“Son yol nəqliyyat hadisələrində baş verən ölüm saylarını nəzərə alsaq görərik ki, bu texnologiya indiki zamanda xüsusilə əhəmiyyətlidir. Təxminən 40,000 insan keçən il yollarda həyatlarını itirib. Bu rəqəm, növbəti illik artımı nümayiş etdirir. Mənim təmsil etdiyim Oreqon ştatında bu cür ölüm sayları son 14 ildə ən yüksək həddə çatıb. Bu isə keçən il ilə müqayisədə 20 faiz daha çoxdur. Statistika deyir ki, qəzaların 94 faizi insanın hərəkətlərinin nəticəsidir. Səhər işə sürəndə ətrafınıza fikir verin. Yanımızda gedən maşınların sürücüləri sükan arxasında telefon kimi diqqət yayındırıcı cihazlardan istifadə edirlər.”

Buna baxmayaraq, Nümayəndələr Palatasının qəbul etdiyi qərar yük maşınlarına aid deyil.

“Nəzərə alsaq ki, həmin maşınların sürücülüyü universitet təhsili olmayan kişilər üçün birinci kateqoriya iş yeridir, burada müəyyən problemlər mövcuddur. Biz bunu doğru etməsək, yollarda tıxacların sayı azalmaq əvəzinə artacaq.”

Senat bənzər qanun layihəsi üzərində çalışır və hər iki palata kompromis versiyaya razılaşacaqlar.

XS
SM
MD
LG