Accessibility links

ABŞ prezidenti Konqresi Rusiya ilə əlaqələrdə yeni gərginliklər yaratmaqda günahlandırıb


ABŞ prezidenti Konqresi Rusiya ilə əlaqələrdə yeni gərginliklər yaratmaqda günahlandırıb. Donald Tramp deyib ki, Rusiya ilə əlaqələrimiz təhlükəli dərəcədə aşağıdır.

Tramp Tvitter hesabında yazıb ki, Konqresə təşəkkür edə bilərsiniz. ABŞ dövlət başçısı Konqresin Obamacare kimi tanınan sığorta proqramını dəstəklədiyinə işarə edərək bildirib ki, bunlar bizə səhiyyə xidməti verməyən həmin qanunvericilərdir.

Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatası Rusiyanın keçən il ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı Moksvaya qarşı sanksiyalara dair qanun layihəsini qəbul edib.

Hər iki partiyanın dəstəklədiyi qanun layihəsində prezident Donald Trampın sanksiyaların yüngülləşdirilməsi məqsədilə mümkün səylərinə Konqres tərəfindən nəzarət edilməsi nəzərdə tutulur.

Qanun layihəsinin əvvəlki variantı Senat tərəfindən iyun ayında 97 lehinə, 2 əleyhinə səslə qəbul edilib.

Konqresdə sanksiyalarla bağlı 419 lehinə və 3 əleyhinə səslə qəbul edilmiş qanun layihəsində İran və Şimali Koreyaya qarşı da əlavə sanksiyalar nəzərdə tutulur.

ABŞ prezidenti Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair qanuna imza atıb. Bu sanksiyalar Moskvanın ötən il prezident seçkilərinə müdaxiləsinə cəza tədbiri kimi irəli sürülüb.

Tramp bu ölçünün Konqresin 30 gün müddətində sanksiyaların yüngülləşdirmə qərarının qarşısını alacağına görə onun əleyhinə idi.

Lakin Konqresin hər iki palatasının qanunla bağlı səsverməsi Trampa sənədi imzalamaqdan başqa heç bir seçim qoymadı. Belə ki, o, sənədi imzalamaqdan imtina etsə idi, veto hüququnu itirmiş olardı.

Sənəd Rusiyanın neft və qaz şirkətləri ilə işləyən ABŞ şirkətlərinə qarşı sanksiyaları, habelə Barak Obamanın Rusiyanın Amerikadakı 2 kompleksini bağlaması barədə qərarının qüvvədə saxlanmasını nəzərdə tutur.

Rusiya prezidenti Vladimir Putin ABŞ səfirliyi, konsulluq və digər nümayəndəliklərin 775 diplomatının ixtisarına göstəriş verib. Bu addım Konqresin Rusiyaya qarşı sanksiyalarına cavab mahiyyəti daşıyır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:04 0:00
XS
SM
MD
LG