Accessibility links

Konqres Trampdan İran generalını öldürmə səbəbini açıqlamasını tələb edir


Prezident Donald Tramp İranın mədəniyyət abidələrinin ABŞ hərbçiləri üçün legitim hədəf olduğunu israr edərək, öz administrasiyası daxilndə bu əməlin beynəlxalq hüquqa əsasən “müharibə cinayəti” olacağına dair narahatlıqları rədd edib.

Prezident habelə Bağdadda hava hücumu həyata keçirərək İranın yüksək səviyyəli məmurunu öldürdüyünə görə ABŞ qoşunlarını xaric edərsə, İraqı sanksiyalarla cəzalandıracağı barədə xəbərdarlıq edib.

Lakin bir həftəlik bayram tətilindən geri qayıdan Konqres məsələnin ciddi şəkildə araşdırılmasına təkid edir.

Bazar ertəsi Senatın iki yüksək səlahiyyətli demokrat üzvü məlumatı ictimaiyyətdən gizli saxlamaq üçün əsas olmadığını və Trampdan İran generalı Qasim Süleymaninin hava zərbəsi ilə öldürmə səbəbini təcili olaraq açıqlamağı tələb edib.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bazar günü prezidentin İranla bağlı hərbi səlahiyyətlərini məhdudlaşdırmaq üçün hazırlanan qərarı təqdim edəcəyini və bu qərara səs veriləcəyini deyib.

Nümayəndələr Palatasındakı demokratlara ünvanladığı məktubda xanım Pelosi hava hücumunu "provokativ və qeyri-proporsional" adlandırıb. O bu addımın İranla gərginliyin kəskinləşməsinə səbəb olduğunu, "hərbi qüvvələrimizi, diplomatlarımızı və digərlərinı təhlükə qarşısına" qoyduğunu deyib.

Senatda da bunabənzər qətnamə təqdim edilib.

Müharibə elan etmək üçün yeganə səlahiyyətə sahib olan Konqres Trampın Bağdadda Süleymaniyə edəcəyi hava hücumu barədə əvvəlcədən məlumatlandırılmamasından şikayət edib.

Lakin Tramp “Müharibə Aktı” qanununa uyğun olaraq hücumdan 48 saat sonrakı müddət ərzində bunu edib.

Administrasiyanın bu həftə atılan addımlar barədə qanunvericilərə brifinq verəcəyi gözlənilir.

XS
SM
MD
LG