Accessibility links

Konqres Vergi İdarəsindən Trampın vergi sənədlərini tələb edir


Donald Tramp
Donald Tramp

ABŞ Nümayəndələr Palatasının Vergi Komitəsi Vergi İdarəsini rəsmi olaraq prezident Donald Trampın son altı ilə aid vergi sənədlərini onlara təqdim etməyə çağırıb.

Vergi siyasətinə nəzarət edən komitəyə konqresmen Riçard Nil başçılıq edir. Demokratlar Trampın mürəkkəb biznes imperatorluğunu nəzərdən keçirmək istəyir.

Tramp son 40 ildə ilk prezidentdir ki, vergi səndələrini ictimailəşdirməkdən imtina edir.

Prezident deyib ki, o, 2013-2-18-ci illər üçün vergi sənədlərini açıqlaya bilməz, çünki hazırda onlar təftiş olunur.

Lakin Nil bu səndələri Trampdan deyil, Vergi İdarəsindən istəyir və Vergi İdarəsini təftiş olunan sənədləri ictiamiləşdirməsinin qarşını alan heç bir qanun yoxdur.

Nilin tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı gözlənilir.

XS
SM
MD
LG