Accessibility links

ABŞ qanunvericiləri COVİD-19 yardım razılığını əldə etməyə çalışır


ABŞ Konqresinin Respublikaçı və Demokrat liderləri koronavirus yardımı ilə bağlı razılığa gələcəklərinə ümidlərini ifadə edib. Millət vəkilləri aylardır razılığa gələ bilmir.

"Düşünürəm ki, doğru istiqamətdə irəliləyirik" - deyə, danışıqların ikinci turundan sonra Nümayəndələr Palatasının azlıq lideri Kevin Makkarti bildirib.

Nensi Pelosi və Kevin Makkarti
Nensi Pelosi və Kevin Makkarti

Görüşlərdə Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, Senatın azlıq lideri Çak Şumer və Senatın əksəriyyət lideri Mitç Makkonnell iştirak edib.

"Biz irəliləyirik və tezliklə bir razılığa gələ bilərik. Düşünürəm ki, razılığa gəlmək üçün həqiqi bir istək var" - deyə, Şumer bildirib.

Razılıq olmadan bir neçə əsas proqramın ayın sonunda bitməsi nəzərdə tutulur. Bunlar arasında 12 milyon amerikalıya işsizlik təzminatı və təxminən 40 milyon amerikalı soyuq qış aylarında kirayə evlərdən çıxma moratoriumu var.

Çak Şumer
Çak Şumer

ABŞ hökümətinin maliyyəlışdirilməsi də qısamüddətli uzadılmadan sonra cümə günü bitir. Makkonnell koronavirusla mübarizə üçün daha çox vəsait ayrılmasına dair millət vəkillərinin iki əsas fikir ayrılıqlarını kənara qoymasını təklif edib.

Respublikaçılar pandemiya ilə əlaqədar məhkəmələrdən qorxmadan müəssisələrin yenidən açılması üçün məsuliyyətlərinin qoruması, Demokratlar isə cəbhə xəttindəki fövqəladə hallar işçilərinin ödəniş çatışmazlığını aradan qaldırmaq üçün hökumət və yerli fondların maliyyə yardımı ayırmasını təklif edir.

Yeni prezident seçilmiş Co Bayden millət vəkilləri bu ay yardım mövzusunda razılığa gəlsələr belə növbəti Konqresin gələn ilin əvvəlində and içməsindən sonra yardımlarınnövbəti mərhələsinin müzakirə ediləcəyini bildirib.

Ağ Ev Prezident Donald Trampın razılığı imzalanmadan əvvəl onun spesifik xüsusiyyətlərini görmək istədiyini bəyan edib.

Donald Tramp və Co Bayden
Donald Tramp və Co Bayden

Demokratlar bundan əvvəl federal hökumətin işsizlik təzminatını həftədə 600 ABŞ dollarolmasını tələb edirdi. Lakin Tramp bu məbləği 400 dollara endirərək, əlavə 100 dolların ştatların ödəməli olduğunu bildirmişdi.

Hər iki partiyadan millət vəkilləri 19 aprelə qədər işsizlik müavinətlərini həftədə 300 dollar artırmağı nəzərdə tuttan 748 milyard dollarlıq yardım təklifini açıqlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG