Accessibility links

Konqresdə mühacirət üzrə səsvermə prosesi gərgin keçir


ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçıların mühacirət islahatına dair qanun layihəsinin qəbul edilməsi üçün son şansları var. İslahatlar prezident Trampın sərhəddə divarın bir hissəsinin vəsaitlə təmin edilməsi, ailələrin saxlanması ilə bağlı böhranın həlli və 1,8 milyon sənədsiz gəncin vətəndaşlıq almasına yol açılmasını nəzərdə tutur. Lakin bu cəhd kompromis adlandırılsa belə, onun həyata keçməsi çətin ola bilər.

Prezidentin artıq bəlli olan sərhəddə fəaliyyət çağırışı...

“Biz mühacirətin mənzərəsini bütünlüklə dəyişməliyik. Biz bunu edə biləcəyik, bizə sərhəddə divar lazımdır, bizim buna ehtiyacımız var, sərhəd mühafizəsinə ehtiyacımız var.”

Biz prezidentin bu qanunu daha da tam və fəal əhatə etməsini istərdik, çünki onun həqiqətən də məsələdə mövqeyini əks etdirdiyini düşünürük.

Lakin respublikaçıların ehtiyacı olan xüsusi dəstək yoxdur...

"Biz prezidentin bu qanunu daha da tam və fəal əhatə etməsini istərdik, çünki onun həqiqətən də məsələdə mövqeyini əks etdirdiyini düşünürük," deyə Respublikaçı konqresmen Tom Koul bildirir.

... Trumpın son tviti Senatda qanun layihəsinin qəbulu şanslarını azaldır. Bu isə onun keçməsi üçün lazım olan 215 səsdən 20-dən 30-a qədər daha az səsə təsir edən əsas faktorlardan biridir.

Digər məsələ? Qanun layihəsinin bir hissəsini təşkil edən sərhəd təhlükəsizliyinə dəstəyin artırılması və ABŞ-a uşaq ikən qanunsuz gəlmiş 1,8 milyon sənədsiz mühacirin vətəndaşlıqla təmin edilməsi məsələsində qanunvericiləri bir araya gətirməkdən ibarətdir. Həmçinin işə düzəlmə sistemi, üstəlik qanuni mühacir sistemində olan mühüm ixtisarlar, viza lotereyası və ailəvi himayəçiliyin uzadilmasına son qoyulması da buraya daxildir.

“DREAMERS”lər məsələsinin həllinə və vətəndaşlığa yol açılmasına bir o qədər də meylli olmayan ifrat sağçı mühafizəkarlar və DACA proqramı üzrə fəaliyyət göstərmək istəyən şəhərətrafı elektorata malik mötədil respublikaçılar qrupu və üstəlik buraya qanuni mühacirətə dair dəyişiklik istəyən prezidenti əlavə edin – bütün bunlar sadəcə bölünmüş respublikaçılar üçün çox görünür,” Brukinqz İnstitutunun eksperti Sara Baynder deyir.

Ümid edirəm, Kongres bu qanunu qəbul edəcək və məsələni həll edəcək. Bu nəyə görə çətin olmalıdır?

Uşaqların onların sənədsiz valideynlərindən ayrılması ilə bağlı mübahisə də bu səsvermənin vacibliyini bir daha vurğulayır.

“Ümid edirəm, Kongres bu qanunu qəbul edəcək və məsələni həll edəcək. Bu nəyə görə çətin olmalıdır? Onların hamısı ailələri ayırmaq istəmədiklərini söyləyirlər. Məncə bu çox sadədir,” Baynder əlavə edir.

Mübahisəyə səbəb nədir? Hökümətin uşaqları 20 gündən artıq saxlaya bilmədiyini bildirən məhkəmə qərarı ailələrin birgə saxlanmasını imkansız edir. İmmiqrasiya orqanları hakimiyyətin bu qanunla onların əllərini bağladığını iddia edir.

Spiker Paul Rayan
Spiker Paul Rayan

Nümayəndələr Palatasının spikeri Paul Rayan uşaqların saxlanması məsələsinə toxunan əhatəli mühacirət qanununun 20 günlük qaydanın qoyulmasından öncə daha bir şansa layiq olduğunu deyir:

“Mən bu səsverməyə meylliyəm və bizim bu səsvermədə bacardığımız qədər uğur əldə etməyimizi istəyirəm, amma əgər bu alinmasa, o zaman körpünü keçərik.”

Qanunvericilərin isə vaxtı daralır. Onlar 11 günlük bayram günlərindən əvvəl cəmi 2 iş günü ərzində cəld hərəkət etməlidirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG