Amerikanın xalqın rifahı və demokratiyanın özünə belə təhlükə olan siyasi dialoqun kəsildiyi bir vaxt Konqresin təqaüdə gedən və ya məğlub edilən senatorları ziddiyyətli mesajlar səsləndirib.
"Ölkəmə və Florida xalqına xidmət etmək mənim üçün böyük şərəf idi" - deyə, demokrat senator Bill Nelson bildirib.
"Burada qazandığım dostluqlara daim minnətdar olacam" , respublikaçı senator Ceff Fleyk deyib.
((SEN. CLAIRE MCCASKILL, DEMOCRAT))
"Mən buranı sevirəm demək olar ki, hamınızı sevirəm" , demokrat senetor Kleyr Makkaskill bildirib.
Göz yaşlarını gizlətməyə çalışarkən senatorlar həmkarları və tərk etdikləri təsisata sağ ol deyib. Bir zamanlar Kolambiya gəmisi ilə fəzanı ziyarət edən Demokrat Bill Nelson səmimi danışıb.
"Partiyalarımızın zəifliyi və bizi bölmək istəyən qüvvələrin çəkilməsinə qarşı çıxmaq lazımdır. Tribalizm bizim problemimizdir və bu düzəlməsə, ölkəmiz aşağıya doğru sürüklənəcək."
Yutadan ən uzunmüddətli senator Orrin Hatç da Konqresi tərk edir. O, 1976-cı ildən bəri xidmətdə olub.
"Bizim parçalanmağımız millətin parçalanmağı deməkdir. Nəzakətimizi itirsək, onlar da bizim ardımızca gələcək. Millətin qayğısına qalmaq üçün ilk öncə Senatın qayğısına qalmalıyıq. Bir zamanlar mövcud olan qarşılıqlı hörmət, kompromis və səmimiyyət bərpa edilməlidir. Biz ölkəmizdə görmək istədiyimiz dəyişiklik olmalıyıq."
Missuri ştatından demokrat Kleyr Makkaskill daha sərt çıxış edib.
"ABŞ sentaında çoxsaylı utandırıcı dayılar var. Utandırıcı çox şey var. Senat artıq dünyanın ən böyük müzakirə ocağı deyil. Biz qütbləşməyə son qoyub, ciddi səslə siyasi nəticələrdən qorxuya yox deyənədək, bu, dilə gətirilməməlidir."
Şimali Dakotadan demokrat Heydi Heytkemp də qorxuya "yox" deməyə səsləyib.
"Biz uğursuzluğun ortaq mədəniyyətindən çıxmalıyıq, irəliləyişə inanmıram. Bu, ola bilər. Biz uğursuzluqdan imtina etdikdə inanırıq və biz böyük işlər görə bilərik."
Arizonadan respublikaçı senator və prezident Trampın açıq tənqidçisi Ceff Fleykə gəlincə, o deyir ki, bundan da böyük işlər var.
"Demokratiya yolundan sarsılmaq olmaz. Nə Moskvada, nə ABŞ-da, nə də başqa yerdə. Biz amerikalılar siyasi disfunksiya və qarşıdurma zamanı çətinliklə əldə edilən razılıqlar və normal demokratiyaya nəzər salmalıyıq. Özümüzə təlqin etməliyik ki, bu, daimi deyil. Buna qarşı davamlı şəkildə mübarizə aparmalıyıq."
Nitqlərin heç də hamısı bədbin deyildi. Bir çoxunda ümid də səslənib.