Accessibility links

Konqresin sosial media ilə mübarizəsi [Video]


Konqresin sosial media ilə mübarizəsi
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Konqresin sosial media ilə mübarizəsi

Nümayəndələr Palatasının demokratları respublikaçı rəhbərliyə Nümayəndələr Palatasında baş verənləri Facebook Live və Periscope kimi sosial media saytlarında yayımlayan qanunvericilərə cəza tətbiq edən yeni qanunlarla bağlı mübahisələrin olacağı barədə xəbərdarlıq edib. Sosial media cəzaları ötən il Demokratlar silahlara nəzarətlə bağlı etiraz aksiyası keçirərərkən mesajlarını ictimaiyyətə çatdıqrmaq üçün Konqresdən canlı yayım etmələrinə cavabdır.

Dünya daha dinamik bir yer olmağa başladığı üçün, Konqres və liderlərimiz hökümətin xalqla əlaqə qurmasını asanlaşdırmağın yolları haqda düşünməlidir.
Coş Krandal

Ötən yay Konqresin texnologiya ilə ayaqlaşmadığı aydın oldu. Demokratlar qanunlara məhəl qoymadı, onların respublikaçı rəqbiləri isə etirazı yayımlamamaq üçün kameraları söndürdüyünə görə, konqresmen Skot Piters baş verənləri telefonu vasitəsilə canlı yayımda nümayiş etdirməyə başladı.

Skot Piters: “Bütün dünyadan insanlar bizim Nümaydələr Palatasındakı perspektivimizi görə bildi. Bu, Amerika höküməti tarixindəki qeyri-adi bir an idi.”

115-ci Konqresin respublikaçı rəhbərliyi bu anın təkrarlanmamasına ümid edir. Nümayədələr Palatasının qaydalarına əsasən elektron cihazlar hər zaman qadağan idi, amma indi artıq buna 2 min 500 dollarlıq cəza əlavə oluna bilər.

Nümayənədələr Palatasının spikeri Pol Rayan deyir ki, bu dəyişikliklər nizamı qoruyur ki, qanuvericilər xalqın işlərini davam etdirə bilsin.

Nümayəndələr Palatasında etiraz
Nümayəndələr Palatasında etiraz

Lakin ötən ilki etiraz askiyasının lideri Con Lüis deyir ki, cəzalar söz azadlığına ziddir.

“Nə Konqres, nə hər hansı bir qurum nə də komitə bizə “doğruları deyə bilməzsiniz” demək haqqına sahibdir. Biz fərqli düşünmək hüququna malikik. Bizim doğru bildiyimiz şey uğrunda etiraz etmək haqqımız var,” deyə o bildirir.

Amerikalılar hökümətdən daha çox şəffaflıq tələb etdiyi, gənc seçicilər isə sosial medianı daha da meynstrim hala gətirdiyi, Konqres kompromis tapmalı olacaq.

“Bu cür əlaqə çox instinktiv və təcilidir. Bizim rəhbərlik isə nəinki bunun qiymətini başa düşüb, mənimsəyir, onlar hətta bu əlaqənin necə işlədiyini başa düşməyə belə cəhd etmədən, sosial medianı qadağan edirlər.

Təhlilçi Coş Krandal deyir ki, prezidentliyə seçilmiş Tramp Amerika xalqı əsas ünsiyyət üsulu olaraq Tvitterdən istifadə etdiyi üçün, siyasətçiləri sosial mediadan ayırmaq üçün artıq gecdir.

Nə Konqres, nə hər hansı bir qurum nə də komitə bizə “doğruları deyə bilməzsiniz” demək haqqına sahibdir. Biz fərqli düşünmək hüququna malikik. Bizim doğru bildiyimiz şey uğrunda etiraz etmək haqqımız var.
Con Lüis

“Dünya daha dinamik bir yer olmağa başladığı üçün, Konqres və liderlərimiz hökümətin xalqla əlaqə qurmasını asanlaşdırmağın yolları haqda düşünməlidir.”

Respublikaçıların nəzarət etdiyi Konqres böyük dəyişikliklər etmək istəyir. Amma yeni cəzalara baxmayaraq demokratlar yendən sosial mediaya üz tuta bilərlər.

“Bu cür çıxılmaz vəziyyəti və mühüm olan digər məsələlərin ört-basdır edilməsinə başqa çarə yoxdursa, bu cür problemlər yenidən ortaya çıxa bilər.”

XS
SM
MD
LG