Accessibility links

Obama administrasiyası ABŞ-a gələn qaçqınların sayını artırmaq istəyir [Video]


Obama administrasiyası ölkəyə qəbul ediləcək qaçqınların sayını artırmaq istyəyir
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Birləşmiş Ştatlara qəbul ediləcək qaçqınların sayı ilə bağlı bir ildir davam edən siyasi mübahisələrə son qoyulub. Obama administrasiyası ötən illə müqayisədə bu il 25 min əlavə qaçqının qəbul edilməsini istəyirdi. Bu barədə açıqlama “Qaçqın Konqresi”nin qaçqınlar barədə narahatlıqları qanunvericilərlə bölüşmək üçün Vaşiqntona gəlməsindən sonra verilib.

Biz səsimiz, ideyalarımız və təbliğatımızla Konqresi 2017-ci il Birləşmiş Ştatlara daha çox qaçqının qəbuluna razı salacağımıza ümid edirik.

Zelika Krvavika Birləşmiş Ştatlar "Qaçqın Konqresi"ndə Ayova ştatından nümayəndədir. Zelika və digər nümayəndələr Konqres üzvləri ilə görüşərək, dünya boyu qaçqınların sayının rekord nöqtəyə çatdığını xatırlatmaq üçün Vaşinqtona gəlib. “Biz səsimiz, ideyalarımız və təbliğatımızla Konqresi 2017-ci il Birləşmiş Ştatlara daha çox qaçqının qəbuluna razı salacağımıza ümid edirik.”

BMT-nin Qaçqınlar Agentliyinə istinadən bildirilir ki, dünya boyu münaqişələr və təqiblər səbəbindən 65.3 milyon insan yaşadığı yeri tərk edib və onlardan 20 milyonu mühacirdir .Bu il Birləşmiş Ştatlar 85 min mühacir qəbul edibsə, Ağ Ev 2017-ci ildə bu rəqəmin 110 minə çatmasını istəyir.

BMT-nin Qaçqınlar Agentliyindən Kristofer Boian hər dövlətin bacardığı qədər etməli olduğunu deyir. “Dünya bu gün əvvəllər heç vaxt görmədiyi qaçqın böhranı ilə üzləşir. Dünyanın bu problemi həll etməsi üçün isə yeni qərarlar, yeni mexanizm və yeni yollar tapmaq lazımdır.”

Lakin qaçqınlara qarşı olanların sayı artmaqdadır. Keçən payızdan bəri Avropaya yüz minlərlə qaçqın gəldi ki, millətçi liderlər tez zamanda səhrədlərin bağlanmasını istədi.

Birləşmiş Ştatlar prezidentliyinə Respublikaçı namizəd Donald Tramp Suriyadan gələn qaçqınları geri göndərəcəyinə söz verdi. “Biz onların haradan gəldiyini bilmirik. Onların sənədi belə yoxdur. Bunun üçün biz dəli olmalıyıq. Xeyir, onlar evlərinə qayıtmalıdırlar. Mən prezident olsam, onlar evlərinə qayıdacaq.”

Zelika Krvavika təhlükəsizliklə bağlı narahatlıqların əsassız olduğunu, ölkəyə qəbul ediləcək qaçqınların yoxlama prosesinin 2 ildən çox vaxt apardığını deyir. “Təəssüflər olsun ki, çoxları qaçqınların ölkəyə terrorçu kimi gəldiyini düşünür. Lakin bu, belə deyil. Çoxları qaçqınların Amerikada vergi və heç nəyin xərcini ödəmədiyini yaşadığını düşünür. Bu da doğru deyil.”

Zelika onu da əlavə edir ki, ictimaiyyət qaçqınların Amerika cəmiyyətinə böyük töhfələr gətirdiyini bilməlidir.

XS
SM
MD
LG