Accessibility links

Konqres Trampın nüvə səlahiyyətlərini nəzərdən keçirib [Video]


Konqres Trampın nüvə səlahiyyətlərini nəzərdən keçirib
please wait

No media source currently available

0:00 0:02:23 0:00

“Bizim narahat olduğumuz məsələ prezidentin ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun gəlməyən nüvə hücumu qərarı verə biləcək qədər gözlənilməz olmasıdır." - deyə, Senatın xarici əlaqələr komitəsinin üzvü Kris Mörfi bildirib.

ABŞ-ın keçmiş zabiti Amerika nüvə silahının necə istifadə olunması haqqında məlumat verib.

Bu sistem Amerikaya nüvə hücumu baş verdiyi təqdirdə prezidentin nüvə başlığı göndərməsinin icrasını tez bir şəkildə təmin edir.

“Hərbi qulluqçunu inandırmaq üçün telefonun digər ucunda sadəcə prezident olmayacaq. Bu mövzuda məlumatları olan xeyli sayda məsəhətçi də olacaq." - bu sözləri Duke Universitetinin təmsilçisi Peter Piver bildirib.

Bu qədər təhlükəsizliyə baxmayaraq Demokratlar prezidentin nüvə silahından istifadə etməzdən əvvəl Konqresdən müharibə elan etməsinin lazım olduğunu nəzərdə tutan qanun layihəsini hazırlayıblar. Respublikaçılar isə bununla Amerikanın çəkindirici mövqeyi ilə bağlı ölkələr arasında şübhə yarana biləcəyinin xəbərdarlığını edib.

“Dəyişikliklər və qarışıq siqnallar çəkindirici mövqeyə əsaslı əsaslı zərbə vura bilər." - deyə, Robert kehler əlavə edib.

Sonuncu dəfə keçmiş Sovet İttifaqı ilə olan Soyuq Müharibə dövründə baş tutan prezidentin nüvə məsuliyyətinin müayinəsindən 40 ildən artıq vaxt keçib.

Dünyaya Baxış

Dünyaya Baxış. AXCP fəalı həbs edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Ukraynaya 31 Abrams tankı göndərəcək. Azərbaycanın dövlət büdcəsi.
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG