Accessibility links

Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasının konstitusiyaya uyğun olması barədə qərar qəbul edib


Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Qərarda deyilir ki, Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşana və fəaliyyətə başlayana qədər saxlanması zəruridir.

Qərara əsasən Milli Məclisin konstitusiyada nəzərdə tutulan səlahiyyətlərinin müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yüksək səviyyədə saxlanılmasının təmin edilməsi üçün Milli Məclis buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir.

Hüquqşünas Ələsgər Məmmədli Konstitusiya Məhkəməsinin Plenumunun qərarının siyasi olduğunu bildirib.

"Konstitusiya Məhkəməsi cəmi 3 il sonra etiraf etdi ki, 2016-cı ildə konstitusiyaya 98-1 ci maddə əlavə ediləndə ona bunun hüquqi tərəfini soruşanda konstitusiyanın anasını ağladıb və hüquqi yox, siyasi qərar verib.

Prezidentə parlamenti buraxmaq səlahiyyətini verən 98-1 ci maddəni konstitusiyaya uyğun hesab edəndə düşünməli idi ki, konstitusiyanın 111-ci, 112-ci maddələrində müharibə, fövqəladə vəziyyət elanı zamanı buraxılan parlamentə 24 saat içərisində ehtiyac olacaq. 2016-cı ildə əsaslanıb, rədd edəcəyi arquneti, 2019-da əsaslanıb qəbul etdi.

Bu gün də həmin qərarın enkazı (dağıntının altında qalmaq-red) altında qaldı. Birinci konstitusiyaya zidd şərhini (2016) 2-ci konstitusiyaya zidd şərhlə (2019) davam etdirdi. Bir hüquqçu olaraq, ölkənin hüquq mühitində qərar verənlərin məntiqinə və bilgisinə təəssüf edirəm!" o qeyd edib.

Dekabrın 2-də“Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan prezidentinə müraciət edilməsi barədə” qərar qəbul edib.

Bu qərarda Azərbaycan prezidentindən Milli Məclisin konstitusiyaya əsasən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilir.

Qərarda bildirilir ki, Milli Məclis üzvlərinin mütləq əksəriyyətində parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə mövqe formalaşıb və nəticədə parlamentin öz fəaliyyətini davam etdirməsi qeyri-mümkün olub.

Qərara əsasən Milli Məclisin konstitusiyada nəzərdə tutulan səlahiyyətlərinin müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yüksək səviyyədə saxlanılmasının təmin edilməsi üçün Milli Məclis buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir.

XS
SM
MD
LG