Accessibility links

Konstitusiya Məhkəməsi növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiq edib


Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiq edib.

Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərinin nəticələrini təsdiqləyib.

Qərar elan olunan andan qüvvəyə minib.

*****

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası başlayıb.

Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılır.

Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edəcək.

Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib. İclasda məruzəçi hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.

Bir qrup deputatlığa namizədlər Konstitusiya Məhkəməsinə buraxılmayıb.

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə Məhkəmənin qarşısında polislər keşik çəkir.

Bakı şəhər İcra Hakimiyyəti deputatlığa namizədlərin martın 5-də Konstitusiya Məhkəməsinin binası qarşısında piket keçirməsini məqsədəuyğun hesab etmir.

Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin piketin təşkilatçısı, deputatlığa namizəd Bəxtiyar Hacıyevə cavab məktubunda deyilir.

Konstitusiya Məhkəməsinə deputatlığa namizədlər buraxılmır
please wait

No media source currently available

0:00 0:00:51 0:00

Bakı şəhər İcra Hakimiyyəti hesab edir ki, deputatlığa namizədlərin şikayətlərinə Mərkəzi Seçki Komissiyasında baxılıb və “Seçki Məclləsi”nə zidd olan hallarda məntəqələrdə səsvermənin nəticələri ləğv edilib.

“Məsələ ilə bağlı toplantı keçirmək deyil, aidiyyatı üzrə mütaciət etməyiniz tövsiyyə edilir,” Bakı şəhər İcra Hakimiyyəti bildirir.

Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqəni əhatə edib. Seçki bülletenlərinə 1314 deputatlığa namizədin adı daxil edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, hakim Yeni Azərbaycan Partiyasının namizədləri 70 seçki dairəsində, müstəqil namizədlər 41 seçki dairəsində, digər siyasi partiyaların namizədləri daha 10 seçki dairəsində liderlik edir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) parlament seçkilərini birgə müşahidə missiyasının ilkin bəyanatındadeyilir ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda növbədənkənar parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb.

“Namizədlərin sayının çox olmasına baxmayaraq, həqiqi siyasi müzakirələrin olmaması səbəbindən seçicilər nəticə yönümlü seçimlə təmin olunmayıb,” sənəddə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG