Accessibility links

Noyabrın 12-si Azərbaycanda Konstitusiya Günüdür.

Azərbaycan Respublikasının Konstitusiyası 995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə (referendumda) qəbul edilib və 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.

Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin keçmiş SSRİ dövründə son konstitusiyası 1978-ci il aprelin 21-də qəbul edilib.

Azərbaycanın hazırki, müstəqillik dövrünün ilk konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

1996-cı il fevralın 6-da prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.

XS
SM
MD
LG