Accessibility links

Cənubi Koreyalılar prezidenti impiç olunmasını bayram edir


Cənubi Koreyada çoxsaylı insan şənbə günü paytaxt Seulun küçələrinə çıxaraq prezident Park Gin Henin impiç olunmasını bayram edib.

Dünən Milli Assambleya Parkın impiç edilməsinə səs verib.

Artıq ardıcıl 7-ci həftədir cənubi koreyalılar həftə sonu paytaxt küçələrinə çıxır. Ancaq bugünkü nümayiş əvvəlki 6 həftədəkindən fərqlənib. Bu gün insanlarda sevinc, bayram əhval-ruhiyyəsi açıq-aşkar müşahidə edilib.

Mən dərin hüznlə Milli Assambleyanın və xalqın səsini qəbul edirəm və səmimi qəlbdən arzu edirəm ki, bu böhran yaxşı sonluqla başa çatsın.
Prezident Park Gin Hen

Buna baxmayaraq, nümayişçilər arasında Parkın dərhal hakimiyyətdən uzaqlaşdırılmasını tələb edənlər də var. Ancaq bunu baş verməsi o qədər də real deyil.

İndi Konstitusiya Məhkəməsinin impiçment addımının legitimliyini nəzərdən keçirmək üçün 6 ayı var. Məhkəmə təsdiq etsə, yeni prezident seçkiləri qərar çıxarılandan 2 ay ərzində keçirilməlidir.

İmpiçmentin ardından prezident Park Mavi Evdə Kabinet üzvləri ilə görüşüb və daha sonra onun adından bəyanat açıqlanıb.

"Mən dərin hüznlə Milli Assambleyanın və xalqın səsini qəbul edirəm və səmimi qəlbdən arzu edirəm ki, bu böhran yaxşı sonluqla başa çatsın" - deyə Park bildirib.

Park istefa verməyəcəyini bildirsə də, demişdi ki, o, impiçment səsverməsinin nəticələri əməl edəcək.

Cənubi Koreya qanunvericiləri cümə günü milyonlarla dollarlıq qalmaqalla əlaqələndirilən ölkənin ilk qadın prezidenti Park Gin Henin impiçmentinə səs verib.

Prezidentin mətin və qeyri-korrupsioner imici onun uzun zaman dostu olmuş Çhoi Sun Sil tərəfindən məhv edilib. Çhoi Parkla münasibətlərindən istifadə edərək Koreya konqlomerlərini iki şübhəli fonda 65 milyon dollar ianə etməyə məcbur edib.

300 yerli parlamentdə Milli Assambleyanın 234 üzvü onun impiç edilməsinə səs verib. Bu isə səslərin üçdə ikisindən də çoxu deməkdir.

Parkın hakimiyyəti əlindən alındığına görə səs vermədən sonra hökumətə müvəqqəti baş nazir Hvanq Kyo Ahn başçılıq edəcək.

Prezidentin mətin və qeyri-korrupsioner imici onun uzun zaman dostu olmuş Çhoi Sun Sil tərəfindən məhv edilib. Çhoi Parkla münasibətlərindən istifadə edərək Koreya konqlomerlərini iki şübhəli fonda 65 milyon dollar ianə etməyə məcbur edib. Eyni zamanda o, məbləğin müəyyən hissəsinin və bəzi gəlirli kontraktları özünün və yoldaşlarının şirkətlərinə ötürüb.

XS
SM
MD
LG