Accessibility links

Şimali Koreyada həbsdə olan amerikalılar azad edilə bilər


ABŞ rəsmiləri Şimali Koreyanın həbsdə saxladığı 3 amerikalını yaxın zamanda azad edə biləcəyinə işarə edib.

Sabiq Nyu-York meri Rudi Culiani bildirib ki, amerikalılar bu gün azad edilə bilər.

Prezident Trampın vəkillər komandasının üzvü olan Culianı Şimali Koreya prezidentini kifayət qədər təəccübləndirdiklərini və buna görə də amerikalıların azad ediləcəyinə inandığını deyib.

Tramp da Tweet edərək "hamıya məlumdur ki, keçmiş administrasiya amerikalıların azadlığına çalışsa da, buna nail ola biməyib. Hazır olun!" yazıb.

​Həbsdə olan Toni Kim və Kim Hak Sonq ölkədə yeganə özəl universitet olan Pxenyan universitetində elm və texnologiya üzrə dərs verirdi. Onlar 2017-ci ildə hökumət əleyhinə fəaliyyətlər ittihamı ilə nəzarət altına alınmışdı.

Digər məhbus Kim Donq Çul isə 2015-ci ildə casusluq ittihamı ilə ağır əmək koloniyasına salınmaqla, 10 müddətinə azadlıqdan məhrum edilmişdi.

XS
SM
MD
LG