Accessibility links

Çin Şimali və Cənubi Koreyaya təzyiqləri artırır


Çin Şimali və Cənubi Koreyaya təzyiqləri artırır
Çin Şimali və Cənubi Koreyaya təzyiqləri artırır

Çin Koreya yarımadasında gərginliyin azaldılması məqsədilə Şimali və Cənubi Koreyanın təmkin göstərməsi üçün təzyiqləri artırır. Çin hər iki ölkənin səfirinə Cənubi Koreyanın Şimalın keçən ay artilleriya atəşinə tutduğu və Cənub burada təlimlər keçirsə, buna daha ciddi cavab verməyə söz verməsindən sonra adada artilleriya təlimləri keçirmək planları ilə bağlı narahatlıqlarını çatdırıb. Cənubi Koreya Yeonpyonq adasında təlimləri bu gün pis hava şəraitinə görə təxirə salıb, lakin hərbi qüvvələrin rəsmiləri təlimlərin bazar ertəsi, ya da çərşənbə axşamı keçirələcəyini gözlədiklrini bildiriblər. Şimali Koreyanın əsas müttəfiqi olan Çin regionda gərginliyin artmasına gətirib çıxara biləcək hər hansı addıma qəti və birmənalı şəkildə etiraz etdiyini bəyan edir.

XS
SM
MD
LG