Accessibility links

Yaşıl enerji - Cənubi Koreyanın gələcəyi [Video]


Yaşıl enerji-Cənubi Koreyanın gələcəyi
please wait

No media source currently available

0:00 0:03:23 0:00

Yaşıl enerji-Cənubi Koreyanın gələcəyi

Seulin yenicə təmirdən çıxan bələdiyyə idarəsi yaşıl enerjidən istifadə edir. Bu tikilinin damında mindən artıq günəş paneli yerləşdirilib. Binanı isti su və istiliklə təmin etmək üçün bu panellərdən istifadə edilir.

Kook Joung-Yean bələdiyyə idarəsinin enerji şöbəsinə rəhbərlik edir. Onun dediyinə görə, günəş panelləri istilik enerjisinin 28 faizini təmin edir. Çox olmasa da bu simvolik təminat müsbət təsirə malikdir. “Biz özəl sektoru yaşıl enerjidən istifadə etməyə təşviq edirik. Burada günəş panellərini yerləşdirməklə, onlara günəş enerjisindən necə istifadə edildiyini göstərmək istəyirik.”

Cənubi Koreyanın təbii sərvətləri məhduddur. Dünya bankının təxminlərinə görə, bu ölkənin istehlak etdiyi enerjinin 82 faizi xaricdən alınır.

ASAN İnstitutunun siyasət araşdırmaları şöbəsinin Eksperti Park Ji-Young deyir ki, yaşıl texnologiya enerji asılılığını azalda bilər. “Yenidən istifadə oluna bilən enerji mənbəyi Koreyada həyat standartlarının yüksək saxlanması və davamlı inkişaf üçün qaçılmaz bir sahədir.”

Parkın dediyinə görə, bu halda belə yaşıl enerji layihələri tələbatı qarşılamayacaq.

Cənubi Koreyanı elektrik enerjisi ilə təmin edən sahə atom elektrik satnsıyalarıdır ki,onlar tələbatın 3-də 1 hissəsini təmin edir. Bu ölkədəki 23 stansiyaya gələcək bir neçə il ərzində daha 9 stansiya əlavə ediləcək.

Koreyanın nüvə icmasının prezidenti Kim Jong-kyung deyir ki, Yaponiyadakı Fukuşima fəlakətinə baxmayaraq, atom stansiyaları yaşıl texnologiya hesab edilir. “Atom Elektrik Stansiyaları bir kilovatt saatda 10 qram hydrogen buraxır. Istixana qazlarının havaya buraxdığı tullantı bundan 55 dəfə artıqdır. Məhz buna görə nüvə enerjisi yaşıl enerji hesab edilir.”

Koreyanın atom elektrik stasiyalarında təhlükəsizlik vəziyyəti narahtlıqlara səbəb olub. Son vaxtlar 3 reaktorun fəaliyyəti daynadırılıb. Hökumət rəsmiləri arasında işdən kənarlaşdırılanlar və ya həbs edilənlər var.

Kook Joung-Yean deyir ki, korrupsiya və təhlükəsizlik yaşıl enerjiyə nə qədər ehtiyac duyulduğunu göstərir. “Bu texnologiya çox tez inkişaf edir. Düşünürəm ki, onlar gələcəkdə atom stansiyalarını əvəz edəcək.”

Kook əlavə edir ki, Koreyanın əsl enerji müstəqilliyi həmin vaxt mümkün olacaq.
XS
SM
MD
LG