Accessibility links

Məxfi hesabat: Şimali Koreya kiberhücumlarla hərbi gücünü maliyyələşdirir


Birləşmiş Millətlər Təşkilatının məxfi hesabatında Şimali Koreyanın beynəlxalq hüquqa zidd olaraq nüvə proqramını və ballistik raket imkanlarını maliyyələşdirmək üçün yüz milyonlarla dollar oğurlamaq üçün siber hücumlardan istifadə etdiyi bildirilir.

Hesabatda Şimali Koreyanın 2020-ci ildə çoxsaylı beynəlxalq sanksiyalara məruz qalmasına baxmayaraq, həm nüvə, həm də raket proqramlarını gücləndirməyə nail olduğu deyilir.

Hesabatda adı açıqlanmayan BMT-yə üzv dövlətlərdən birinin nümayəndəsi deyib ki, Şimali Koreyanın hərbi gücünü artırmaq üçün kiberhak və onlayn fırıldaqçılıq yolu ilə 300 milyon dollardan çox vəsait ələ keçirdiyi bildirilir.
Hesabatda son hərbi paradlarda nümayiş etdirilən yeni ballistik raketlər vurğulanır. Bildirilir ki, raketlər nüvə başlıqlarını daşıya biləcək qədər böyük ola bilər və potensial olaraq ABŞ-ın bütün ərazisini hədəf ala bilər.

Pxenyan yanvar ayında “dünyanın ən güclü silahı” - sualtı ballistik raketini inkişaf etdirməklə öyünmüşdü. Silah hələ sınaqdan keçirilməyib və onun imkanları bəlli deyil.

Bu, Şimali Koreyanın təxminən son üç aydakı ikinci hərbi paradı olub. Oktyabr ayındakı paradda Şimali Koreya ABŞ-ın raket əleyhinə müdafiə sistemlərini aşmaq üçün hazırlanmış ən böyük qitələrarası ballistik raketini nümayiş etdirmişdi.

Bu paradlar Pxenyanın koronavirus və beynəlxalq sanksiyaların yaratdığı iqtisadi çətinliklərə baxmayaraq yeni nüvə silahları və ballistik raketləri təkmilləşdirməyə davam etdiyini göstərir.

Britaniyanın Mərkəzi Lancashire Universitetinin koreyalı analitiki Sojin Lim hərbi güc nümayişinin Vaşinqtonda administrasiya dəyişikliyinə cavab olduğunu deyib.

"Nüvə proqramı xüsusilə Kimin ailəsi (və) rejimin sağ qalması üçün yeganə sağ qalma strategiyasıdır. Son vaxtlar COVID-19 üzündən iqtisadi durum ağırlaşıb. Şimali Koreyanın ABŞ-ın yeni rəhbərliyi və yeni Prezidenti ilə müzakirələrdən başqa yolu yoxdur" - deyə, Lim bildirib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Şimali Koreya sanksiya komitəsi üçün müstəqil müşahidəçilər tərəfindən hazırlanan hesabat çərşənbə axşamı mediaya sızdırılıb. Şimali Koreya Birləşmiş Millətlər Təşkilatı, ABŞ və Avropa İttifaqı və digərləri tərəfidnən bir sıra sanksiyalara məruz qalıb.
Lim isə iddia edir ki, tədbirlər işə yaramır.

“Sanksiyalar daha çox mülki vətəndaşlara problem yaradır. Lakin silahlara gəlincə, bu siyasət işləmir. Şimali Koreya maliyyə əldə etməsinin yeni yollarını tapıb. Kiberhücumlar məndə saksiyaların işləmədiyi təəssüratı yaradır. Bu ölkəyə yeni yanaşma tərzi müəyyən edilməlidir”, Lim bildirib.

Şimali Koreya ABŞ prezidenti Co Bayden üçün böyük bir xarici siyasət sınağı olacaq. Bayden Kimlə üz-üzə görüşməyi istisna etməyəcəyini söyləyib, ancaq bunun yalnız daha geniş səviyyədə danışıqların bir hissəsi olacağını bildirib.

Şimali Koreya ABŞ-ın sanksiyaları yumşaltmaqdan imtina etməsindən qəzəblənərək aylarla nüvə danışıqlarını boykot edib.

ABŞ-ın sabiq Prezidenti Donald Tramp prezidentliyi dövründə Kimlə üç dəfə görüş keçirib. Lakin görüşlərdən heç biri Şimali Koreyanın nüvə silahlarından imtina etməsinə gətirib çıxarmayıb.

XS
SM
MD
LG