Şimali Koreya lideri Kim Conq Unun bir aya yaxındır ki, ictimaiyyət arasında görsənməməsi diqqət çəkib. Bəzi şayiələrə görə onun səhhətində ciddi problemlər olduğu və ya siyasi böhran yaşadığı deyilir.
31 yaşlı lider sülh təşəbbüsü üçün Cənubi Koreyaya səfər edən Şimali Koreya nümayəndə heyəti arasında olmayıb.
Onun baş müşavirləri keçən şənbə günü Cənubi Koreyaya səfər edib. Ziyarət son beş ildə ən yüksək səviyyəli görüş adlandırılıb.
Oktyabrın 10-da keçirilməsi nəzərdə tutulan Koreya İşçi Partiyasının təsisinin yubleyi ilə bağlı tədbirdə liderin iştirak edib-etməyəcəyi dünyada yaranan bu fərziyələrə aydınliq gətirəcək.
Əgər Kim Conq Un tədbirdə iştirak etməsə, bu, onun ciddi fiziki və siyasi problemlər yaşadığına işarə olacaq.