Accessibility links

Şimali Koreya qapanmaları uzadır


Şimali Koreyanın lideri Kim Çen Un "uzadılmış" anti-koronavirus tədbirləri barədə xəbərdarlıq edib, bu isə ölkədə sərt karantinin tezliklə sona çatmayacağının son göstəricisidir.

Hakim partiya liderlərinin görüşü zamanı Kim "mükəmməl anti-epidemiya vəziyyəti"nin qorunmasının vacibliyini müzakirə edib. Bu barədə Koreyanın mərkəzi dövlət xəbər agentliyi məlumat verib.

Kim bildirib ki, "dünya sağlamlıq böhranı zərərli virus səbəbi ilə daha da dərinləşdiyindən" bu kimi tədbirlərə ehtiyac olacaq.

Açıqlamada karantinin nə qədər davam edəcəyi dəqiqləşdirilməyib, lakin partiya liderlərinin buna “uzun müddət davam etməsinə” hazırlaşdıqları bildirilib.

25 milyondan çox əhalisi olan Şimali Koreya tək bir COVID-19 yoluxması aşkarlamadığında israr etməyə davam edir. Şimali Koreya koronavirus səbəbi ilə sərhədlərini bağlayan ilk ölkələrdən biri idi.

Ölkədə açılma əlamətləri azdır. Ötən ay dövlət mətbuatı xaricdə istehsal olunan peyvəndlərin “ümumdünya dərmanı olmadığı” barədə xəbərdarlıq etmişdi.

Qlobal peyvənd paylaşma proqramı olan COVAX-ın bu ilin ilk yarısına qədər Şimali Koreyaya təxminən 2 milyon doza AstraZeneca peyvəndi göndərəcəyi gözlənilirdi. Lakin qlobal tədarük qıtlığı və COVAX ilə Pxenyan arasında davam edən danışıqlar səbəbindən bu, təxirə salınıb.

XS
SM
MD
LG