Accessibility links

Cənubi Koreya hökuməti kiberhücum barədə hesabat açıqlayıb


Cənubi Koreya hökumətinin araşdırmaları ötən ay bir neçə hökumət idarəsi və mətbuat veb səhifələrinə edilmiş kiberhücumun məsuliyyətini Şimali Koreyanın daşıdığını göstərib.

Cənubi Koreya hökumətinin hesabatında deyilir ki, hücumçular kimliklərini gizlətmək üçün özlərini Anonymous adlı beynəlxalq hek qrupunun üzvləri kimi qələmə verib.

Ötən ay həyata keçirilən hücum Koreya müharibəsinin başlanğıcının 63-cü ildönümünə təsadüf edib.

Hücum nəticəsində Cənubi Koreyanın hökumət evi, hakim partiya və mətbuat xidmətlərinin veb səhifələrinin fəaliyyətini dayandırıb.

Anonymous qrupu müharibənin ildönümündə Şimali Koreya veb səhifələrinə hücum edəcəyini barədə xəbərdarlıq vermişdi.
XS
SM
MD
LG