Accessibility links

Şimali Koreya ilə bağlı sənəd Pxenyanın nüvəsizləşmə niyyəti olmadığını göstərir


Amerikanın Səsinin Şimali Koreyadan əldə etdiyi sənədə əsasən, Kim Conq Unun nüvə silahından imtina etmədiyi bəlli olur. Bu mövqe Tramp administrasiyasının Koreya yarımadasının nüvəsizləşdiriləcəyi barədə əminliyi ilə ziddiyyət təşkil edir.

Prezident Tramp iki lider arasında Sinqapur sammitində götürülən öhdəliklərə sadiq qalınacağından əmindir


Sənəd yüksək rütbəli hərbiçilər üçün Şimali Koreyanın daxili mövqeyini əks etdirən dərslik mahiyyəti daşıyır.

Bu sənəd Trampla Kim arasındakı ikinci sammitdən öncə hazırlanıb.

Burada dəqiq şəkildə qeyd edilib ki, Kim qlobal nüvə strategiyasına malik olan bir ölkə kimi yekun razılıq əldə edilməsi üçün Hanoy sammitinə hazırlaşır.


Kimin sözlərin görə, o, görüşdən gələcək nüvə energetikasının istehsalı üçün konsolodasiya kimi istifadə edəcək.

Hanoy sammiti tərəflərin nüvəsizləşmə və sanksiyaların ləğvi kimi məsələlərdə fikir ayrılıqlarına görə heç bir nəticə verməyib.

Sənədlə bağlı ABŞ Dövlət Departamentinin fikrini öyrənən Amerikanın Səsi prezident Trampın tam nüvəsizləşmə və möhkəm sülh kimi Sinqapur sammiti şərtlərinə sadiq qalacağı cavabını alıb.

Dövlət Departamentinin sözçüsü Amerikanın Səsinin Koreya redaksiyasının sualının cavabında deyib ki, prezident Tramp iki lider arasında Sinqapur sammitində götürülən öhdəliklərə sadiq qalınacağından əmindir.

O bildirib ki, prezident Tramp Kimin nüvəsizləşmə vədinə əməl etməyəcəyini düşünmür.

Dövlət Departamentinin digər bir rəsmisi Morqan Ortaqus isə belə sənədlərə şərh verilmədiyini desə də, Trampın və dövlət katibinin Kimin vədinə sadiq qalacağını düşündüyünü və bunun ABŞ siyasətimin bir hissəsi olaraq qalacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG