Accessibility links

Şimali Koreyanın hakim partiyası yeni rəhbər post yaradır


Cənubi Koreyanın Yonhap xəbər agentliyi bildirib ki, Şimali Koreyanın hakim partiyası daxili siyasətini yenidən inkişaf etdirmək istədiyi üçün lider Kim Conq Unun rəhbərliyi altında faktiki olaraq ikinci komandanlıq yaratmaq üçün qaydalara dəyişiklik edib.

Şimali Koreya haqda məlumatı olan anonim mənbəyə istinad edən agentlik bildirib ki, yeni “birinci katib” vəzifəsini tutan şəxs Kimin adından iclaslara rəhbərlik edəcək.

Kim yanvar ayında Koreya Fəhlə Partiyasının (WPK) qurultayında baş katib seçilərək rəhbərliyini möhkəmləndirmişdi. Bu vəzifəyə son olaraq onun mərhum atası Kim Conq İl sahib olmuşdu.

Agentlik əlavə edib ki, Kim partiyanın hökumətdə atasının hərbi yönümlü rəhbərliyi ilə müqayisədə daha böyük rol oynamasını istəyir.

"Kim Conq İl dövrünün əsas sözü olan "hərbi meylli siyasət" ifadəsi partiyanın nizamnaməsinin giriş hissəsindən çıxarıldığı bilinir" - deyə, məlumatda qeyd olunur.

Cənubi Koreyanın Yunifikasiya Nazirliyinin bəyanatında yanvar görüşündən sonra Şimali Koreyada partiyanın yeni nizamnaməsinin açıqlandığını bildirilmişdi. Ancaq qonşu ölkə ilə əlaqələrlə görə məsul olan nazirliyin təfərrüatları açıqlaya bilmədiyi bildirilir.

Kim Conq Un 2012-2016-cı illər arasında özünü “birinci katib” kimi təqdim edirdi.

Yonhap bildirib ki, yeni vəzifə partiyanın yeddi katibi arasında ən yüksək postdur və siyasi büronun beş üzvlü rəyasət heyətinin üzvü olan Ço Yon Von tərəfindən tutulacağı gözlənilir.

Ço Kimin ən yaxın köməkçilərindən biri sayılır, onun rəyasət heyətinə təyin edilməsi dövlət mediası tərəfindən açıqlanıb.

Yanvar iclası zamanı təhlilçilər onu Kim və Ali Xalq Məclisinin Daimi Komitəsinin sədri Çxve Ren Hedən sonra hökumətdə 3 dövlət məmuru olduğunu hesab edirdi.

XS
SM
MD
LG