Accessibility links

Mun Jae-in: Pxenyan danışıqlar üçün heç bir şərt irəli sürməyib


Cənubi Koreya prezidenti Şimali Koreyanın nüvə silahlarının yasaqlanması barədə qarşıdan gələn danışıqlara heç bir şərt irəli sürmədiyini bildirib.

Mun Jae-in deyib ki, onlar Amerika qüvvələrinin Cənubi Koreyadan çıxalması kimi və ABŞ-ın qəbul etməyəcəyi şərtlər irəli sürməyib.

O, Pxenyanın yalnız ona qarşı düşmən siyasətinin sona çatrılmasını tələb etdiyini deyib.

"Koreyalar üçün silahsızlşma fərqli anlam daşımır. Şimal nüvəsizləşmək əzmini nümayiş etdirir", Mun bildirib.

Prezident Koreyalar arasında dialoqun Şimali Koreya lideri ilə aprelin 27-si sammitindən sonra da davam etdiriləcəyini əlavə edib.

Bundan sonra keçiriləcək sammitdə Şimali Koreya və ABŞ liderləri iştirak edəcək. Görüşün tarixi müəyyən edilməyib.

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Mayk Pompeo Kim Conq Unla görüşmək üçün bu yaxınlarda Şimali Koreyaya səfər edib.

Prezident Tramp görüşün baş tutduğunu təsdiq edib.

Rəsmilərin sözlərinə görə, Mayk Pompeo ilə Koreya lideri arasında görüş prezident Trampla Kim arasında mümkün zirvə görüşünə hazırlıq məqsədi daşıyır.

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqtonun Ukrayna böhranını həll etmək üçün diplomatik səyləri
please wait

No media source currently available

0:00 0:27:46 0:00
XS
SM
MD
LG